Accessibility links

Putin administrasiyasında yeni təyinatlar edib


Rusiya prezidenti Vladimir Putin keçmiş yeddi kabinet üzvünü Kremldə vəzifələrə təyin edib. Cənab Putin yeni hökuməti formalaşdırmağa başlayandan bir gün sonra imzaladığı sərəncamla müttəfiqlərini administrasiyasına gətirmişdir.

Bu addım hakimiyyətin Kreml ətrafında mərkəzləşməsi kimi qiymətləndirilir. Təhlilçilərin fikrincə, cənab Putin bu təyinatlardan güc mərkəzinin hökumətdən uzaqlaşdırılması üçün istifadə edə biər.

Keçmiş daxili işlər naziri Rəşid Nurqaliyev cənab Putinin yeni təyin etdiyi müşavirləri arasındadır. Nurqaliyev hakimiyyətdə olduğu müddətdə polis zorakılıqları və korrupsiya hallarının baş verməsinə baxmayaraq Rusiya təhlükəsizlik şurasının başçısının müavini vəzifəsinə təyin edilib.

Cənab Medvedev də öz növbəsində cənab Putinin müttəfiqini Rosneft dövlət neft şirkətinin başçısı təyin edib. Rusiyada əvvəlki hökumət dövrü enerji siyasəti ilə məşğul olan İqor Seçinin təyinatı ilə cənab Putinin yeni administrasiyasının formalaşması prosesi başa çatıb. Seçin Rusiyanın enerji sektorunda ən nüfuzlu şəxs kimi tanınır.

Bu gün eyni zamanda Rusiya parlamentinin aşağı palatasında ictimai yerlərdə toplaşmaq haqda qaydaları pozan şəxslərə qarşı cərimələrin yüksəlməsinə dair qanun təsdiq edilbi. Qanuna əsasən sanksiyalaşdırılmamış mitinqə qoşulmağa görə cərimə 30 dollardan 31 min dollara çatdırılıb.

XS
SM
MD
LG