Accessibility links

Rusiya milyarderi siyasi partiyanın lideri seçilib

  • Amerikanın səsi

Rusiya milyarderi siyasi partiyanın lideri seçilib

Rusiya milyarderi siyasi partiyanın lideri seçilib

Rusiya maqnatı Mixail Proxorov siyasi partiyanın lideri seçilib. 46 yaşlı Mixail Proxorov Rusiyanın ən zəngin adamlarından biridir. O, ABŞ-ın professional basketbol klubunun sahibidir. Proxorov dağ-mədən, bank və başqa sahələrə investisiyalarla məşğul olan Oneksim Qrup (Onexim Group) şirkətinə rəhbərlik edir. O, keçən ay dekabr ayında keçiriləcək partlament seçkilərində iştirak etmək üçün Pravoye Delo partiyasına başçılıq etmək istədiyini elan etmişdi. Bu gün partiya üvzləri qarşısında çıxışında Mixail Proxorov deyib ki, onun əsas məqsədi partiyanı parlamentdə ikinci böyük partiya etmək və sonra isə Vahid Rusiya partiyasından birinciliyi almaqdır. Bununla yanaşı, o öz partiyasının müxalifət partiyası kimi qəbul edilməsini istəmədiyini bildirib. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, Pravoye Delo Kremlin müxalif fikirli seçiciləri cəlb etmək, eyni zamanda isə iqtidar partiyası ilə rəqabətin mövcud olduğu haqda fikri formalaşdırmaq üçün yaratdığı partiya kimi qəbul edilir.

XS
SM
MD
LG