Accessibility links

Qriqoriy Yavlinski prezident seçkisinə buraxılmaya bilər


Qriqoriy Yavlinski prezident seçkisinə buraxılmaya bilər
Qriqoriy Yavlinski prezident seçkisinə buraxılmaya bilər

Rusiyada seçki rəsmilərinin bildirdiyinə görə, liberal müxalifətçi lider Qriqoriy Yavlinski qeydiyyatla əlaqədar iddia edilən problemlərə Vladimir Putinlə rəqabət aparmaq üçün qarşıdan gələn prezident seçkisinə buraxılmaya bilər.

Yavlinski seçkidə iştirakdan məhrum edilə bilməsinə qarşı çıxış edərək, onun namizədliyinin qeydiyyat keçirilməməsinin siyasi islahatlar və ədalətli seçki tələbilə Rusiyanın böyük şəhərlərində etiraz nümayişləri keçirən minlərlə insanın təhqir edilməsi demək olduğunu bildirib. 59 yaşlı iqtisadçı Yavlinski onun başçılıq etdiyi Yabloko partiyası dekabr ayında parlament seçkilərində heç bir yer qazana bilmədiyi üçün baş nazir Putinə qarşı seçkiyə qatılmaq üçün 2 milyon imza toplamalıdır.

Seçki rəsmiləri bildirir ki, Yavlinskinin təqdim etdiyi izamaların 25 faizi etibarsız sayılır, lakin onlar qərar vermədən əvvəl yeni imzaları nəzərdən keçirəcək.

Seçki rəsmilərinin bildirdiyinə görə, prezident seçkisinə qatılacağını keçən il elan etmiş milyardçı oliqarx Mixail Proxorovun qeydiyyat keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG