Accessibility links

Rusiyanın pop qruplarının Amerikada da pərəstişkarları var [Video]


Rusiyanın müxtəlif janrlı iki musiqi qrupu da daxil olmaqla, keçən ay Texas ştatının Austin şəhərində keçirilən Cənub-Qərb Musiqi Festivalında dünyanın 50-dən çox ölkəsinin musiqiçiləri iştirak edib.

Sakit Okeanın sahil şəhəri Vladivostokdan olan “Mummi Trol” qrupu rok, electron rəqs musiqisi və yapon panklarının müsiqisini ifa edir. Liman şəhərində boya-başa çatan, qrupun müğənnisi İlya Laqutenko deyir ki, o, vaxtının çoxunu qonşu Yaponiya və ABŞ hərbi radio-stansiyalarına qulaq asmaqla keçirib.
“Sizin eşitdikləriniz dərhal yaddaşınıza həkk olur, çünki bunu yerli radioda eşitmək mümkün deyil.”

İlya özü yazdığı mahnıları oxuduğunu deyir. Lakin o, əlavə edir ki, əsas məsələ rus və ya ingilis dilində olmasına baxmayaraq, musiqinin insanları yaxınlaşdırmasıdır. “Mənə ilk dəfədən hansısa mahnının sözlərini başa düşən bir insan göstərin. Bəzən enerji hiss etdiyinizə görə musiqi sizin xoşunuza gəlir və o zaman siz ikisini birləşdirə bilirsiniz.”

“Pompeya” qrupu isə tamam fərqli musiqi ifa edir. Bu, 30 il əvvəlki qərbin pop musiqisidir və bunu müğənni Danil Brod ifa edir: “Bu yeni bir dalğadır, bir az fank, bir az da disko.”

“Pompeya” Moskva qrupudur. Lakin bir neçə ildir bu qrup əsasən də Birləşmiş Ştatlar olmaqla, vaxtının çoxunu Rusiyadan kənarda keçirir. Üzlərini evdəki kimi hiss etmələri üçün onlar Austində ev kiraləyiblər. “Biz səyahət etməyi sevirik. Biz səfər edir və musiqimizi insanlara tanıdırıq,” deyə Danil bildirir.

Qrupun digər musiqiçisi Saşa Lipski deyir ki, Nyu-York kimi şəhərlərdə onların konsertinə ruslar da gəlir, lakin tamaşaçıların 90 faizi amerikalılar və digər etnik qruplardan insanlar olur. “Bu çox yaxşı haldır, çünki biz yalnız rusiyalı mühacirlər üçün deyil, beynəlxalq qrup olmaq istəyirik.”

Konsertləri və onlayn videoları ilə “Pompey” qrupu həm burada, həm də dünyanın digər ölkələrindəki pərəstişkarları özünə cəlb edə bilib. Danil Brodun sözlərinə görə, qrupun Rusiyada çox sayda yeniyetmə pərəstişkarı var. Lakin o, Amerikada onları 40 yaşlarındakı insanların daha çox dinlədiyini deyir. “Bu insanlar bizdən yaşlıdırlar və onlar deyirlər: 'Siz bizim gəncliyimizdə dinlədiyimiz musiqini ifa edirsiniz.'”

“Pompeya”nın növbəti, “Real” adlı albomu gələn ay işıq üzü görəcək.

XS
SM
MD
LG