Accessibility links

Rusiyada 20 milyondan çox insan yoxsulluq vəziyyətinə düşüb [Video]


Rusiyada iqtisadi böhran milyonlarla insanın getdikcə yoxsullaşmasına səbəb olur, əmək haqqı isə yaşayış minimumunu təmin etməyə kifayət etmir. Moskvada xeyriyyə qrupları ehtiyacı olan insanlara yardım göstərir.

Bu kiçik “Xilas dəstəsi” adlı yardım təşkilatının mətbəxi ac insanlarla doludur. İqtisadi tənəzzül, ərzaq və yüngül sənaye mallarının qiymətlərinin artması səbəbindən keçən il 20 milyondan çox rusiyalı yoxsulluq vəziyyətinə düşüb.

Lakin Moskva rəsmiləri deyir ki, insanların küçələrdə yaşamasına yoxsulluq deyil, alkoqol səbəb olur. “Ən aşağı gəlirli insanlar minimum yaşayış üçün dövlətdən sosial yardım alır. Buna görə də Rusiya vətəndaşının küçədə yaşamasına səbəb gəlirin az olması deyil” deyə, Moskva Sosial Təminatlar Təşkilatının direktor müavini Andrey Pentyuxov bildirir.

Rusiyada işsizlərin çoxu miqrantlardır. “Xilas dəstəsi” adlı yardım təşkilatının "Evsizlər Proqramı"nın başçısı Artur Rəhmankulov: “Onlar buraya yaşadıqları yerdə iş olmadığı üçün gəlir. Bəziləri isə ailələri pul gözlədiyi üçün geri dönə bilmir. Onlar evlərinə əli boş qayıtmağa utanır.”

Şirkətlərdə ixtisarlar edib iş vaxtını azaltıqca isə daha çox rusiyalı risk qarşısında qalır. İşi azalan və ayağında ciddi zədə olan elektrik mühəndisi Vladimir Zaxarovun hazırda yardıma ehtiyacı var. “İş yoxdur, bu da o deməkdir ki, icarəni ödəməyə pul yoxdur. Mənə buraya gəlməyi bir neçə adam məsləhət gördü. Onlar bu mərkəzin mənə bir az yardım edəcəyini dedilər.”

Moskva rəsmiləri 2009-cu ildə evsizlərə yardım üçün xüsusi patrul maşınları ayırmışdı. O vaxtdan bəri maşınların sayı 30-a qalxıb və onlar ehtiyacı olanlara tibbi və ilkin yardım göstərir.

XS
SM
MD
LG