Accessibility links

Polis Moskvada müxalifətin saldığı düşərgəni dağıdıb

  • Amerikanın səsi

Polis Moskvanın mərkəzi parkında müxalifətin saldığı düşərgəni dağıdaraq, bir neçə nəfəri həbs edib.

Reyd prezident Vladimir Putinin keçən həftə inaqurasiyasından Rusiyada “Occupy”-zəbt et hərəkatına bənzər etiraz aksiyasının dağıldılması məqsədilə keçirilib.

Moskva məhkəməsi müxalifətin saldığı düşərgənin dağıdılması haqda çərşənbə axşamı qərar çıxarmışdı. Polisin bildiridiyi kimi, müqavimət göstərən təxminən 20 nəfərə həbs edilib.

Aksiya qazax şair Abar Kunanbayevin heykəlinin ucaldığı parkda keçirildiyinə görə “Occupy Abay” adlandırılmışdır.

Rusiya seçicilərinin bir hissəsi cənab Putinun yenidən prezident olması ilə nəticələnən seçkilərin saxtalaşdırıldığını bildirir.

Rusiya konstitusiyasına edilmiş dəyikşiklik əsasında prezident hakimiyyətdə altı illik iki müddət seçilə bilər. Bu o deməkdir ki, cənab Putin 2024-cü ilə qədər hakimiyyətdə alqa bilər. Rusların çoxu bunu narahatlıqlar qarşılayır.

XS
SM
MD
LG