Accessibility links

Putin mitinqlərə dair qanunu imzalayıb


Rusiya prezidenti Vladimir Putin sanksiyalaşdırılmamış mitinqlərdə iştirak edən insanlara qarşı cərimlərin artırılmasına dair mübahisəli qanuna imza atıb.

Hakimiyyətdə olan Vahid Rusiya partiyası tərəfindən təqdim edimiş qanun layihəsi Rusiya parlamentin həm aşağı, həm də yuxarı palatasında bu həftə təsdiq edilib.

Yeni qanuna əsasən, küçə nümayişlərində iştirak edən ayrı-ayrı şəxslər üçün cərimə maksimum səviyyəyə çatdırlaraq, 60 dollardar 9 min dollar kimi müəyyən edilir. Bununla yanaşı, sanksiyalaşdırılmamış miqintlərdə iştirak edən şəxslər üçün 200 saata qədər icbari iş müəyyən edilir.

Qeyri-qanuni mitinqlərin təşkilatçıları isə 30 min dollar məbləğdə cərimə ediləcək. Qanunun imzalanması Rusiya müxalifətinin növbəti mitinq keçirməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Tənqidçilər qanunun qüvvəyə minməsi ilə Rusiyada gərginliyin artacağını və nümayişlərin keçirilməsinin çətinləşəcəyini bildirirlər. Kreml isə bunun adi vətnədaşların təhlükəsiliyinin təmin edilməsi məqsədi güddüyünü bəyan edir.

XS
SM
MD
LG