Accessibility links

Mitinq iştirakçıları ölkədə siyasi və sosial-iqtisadi islahatların keçirilməsinə çağırıb

Moskvada “Milyonların marşı” etiraz aksiyası çərçivəsində üçüncü mitinq keçirilib. Mitinq iştirakçıları prezident Vladimir Putin hökuməti əleyhinə şüarlar səsləndirib.

Rusiyada vəzifəsidən kənarlaşdırılmış parlament üzvü Gennadi Qudkov mitinqin minlərlə iştirakçısına müraciət edərək, yeni seçkilər keçirmək üçün hökuməti təzyiqləri davam etdirəcəyini bildirib.

Dövlət Dumasından onun özünün dediyi kimi, saxta ittihamlar əsasından kənarlaşdırılan Qudkov prezident Vladimir Putin hökumətini tənqid edərək, hökuməti repressiyalar keçirməkdə və güzətşə getməkdən imtina etməkdə ittiham edib.

Rusiya hökumətinin tənqidçiləri keçən il dekabr ayında Vladimir Putinin presedenti olmayan bir şəkildə üçüncü dəfə prezidentliyə qayıtmasına gətirib çıxarmış mübahisəli seçkilərin yenidən keçirilməsinə çağırır.

Seçkilərdən sonra qanunvericilər ictimai etiraz nümayişlərinin dağıdılması və qeyri-hökumət təşkilatlarının təqib edilməsi gətirib çıxaran bir neçə qanun layihəsini təsdiq edib.
XS
SM
MD
LG