Accessibility links

Ukraynadakı hadisələrindən sonra Qərblə gərginliyi artırdığı bir vaxt Rusiya prezidenti Vladimir Putin bu gün sərhəd bölgələrdə hərbi qüvvələrin hazır vəziyyətə gətirilməsinə göstəriş verib. 2012-ci ildə yenidən prezidentlik dönəminə başlayan Putin Rusiyanın bəzi regionlarında ordunun hazır vəziyyətə gətirilməli olduğunu demişdi. Lakin qonşu Ukraynadakı böhran buna geosiyasi rezonans əlavə etdi.

Rusiyanın qərb bölgəsinin böyük hissəsi NATO-ya daxil olan dövlətlərlə Rusiya arasında yerləşən Ukrayna ilə həmsərhəddir.

Müdafiə Nazirliyinin yığıncağında çıxış edən nazir Sergey Şoyqu təlimlər zamanı ordunun tanımadığı bölgələri bombardman etməyə hazır olmalı olduğunu deyib.

Bu açıqlama Simferopolda Ukraynanın qərbyönümlü yeni liderlərinin tərəfdarları ilə Rusiya tərəfdarları arasında qarşıdurma vaxtına təsadüf edib. Krım yarımadasının paytaxtında qarşıdurmalar zamanı kiçik xəsarət alanlar olub.

Bu yarımada Ukraynanaı dəstəkləyən tatarlar da daxil olmaqla Moksvanı dəstəkləyən rusdilli əhalinin yaşadığı bölgədir.
XS
SM
MD
LG