Accessibility links

Vladimir Putin: Rusiya iqtisadiyyatı 2 ilə bərpa ediləcək


Rusiya prezidenti Vladimir Putin ölkəsinin tənəzzül edən iqtisadiyyatının iki il müddətində bərpa ediləcəyinə və rublun dəyərinin qalxacağına əmin olduğunu deyib.

İlin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Putin deyib ki, xarici amillər yaxşıya doğru dəyişərsə, ölkənin iqtisadiyyatı daha tez bərpa olunar. Rusiyanın dövlət başçısı iqtisadiyyatın stabil saxlanması üçün ölkədə kifayət qədər valyutanın olduğunu bildirib.

Bu gün səhər Putinin çıxışından əvvəl rublun dəyəri bir qədər güclənib.

Çərşənbə axşamı Rusiyanın Mərkəzi bankı lazımi təgdirdə müəssisələrin maliyyələşdiriləcəyinə vəd verib.

Arada 80 rublun dəyəri 1 dollar olub. Rusiya rublu qərb valyutası ilə münasibətdə demək olar ki, 60 faizə yaxın dəyər itirib.

Rusiya istahlakçıları rublun dəyərdən düşməsilə hazırda əlverişli qiytmətlərdən istifadə edib bahalı avtomobil, məişət və elektronik texnologiya cihazları alır.

XS
SM
MD
LG