Accessibility links

Ölkənin Baş Qərargahlar rəisi əvəz edilib

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirini dəyişdikdən bir neçə gün sonra ölkənin Baş qərargahlar rəisini əvəz edib. Cənab Putin bu gün Nikolay Makarovun yerinə general Valeri Gerasimovu təyin etdiyini bildirib. Vladimir Gerasimov Çeçenistanla ikinci müharibədə baş komadir vəzifəsini icra edirdi.

Bu həftənin çərşənbə axşamı cənab Putin müdafiə naziri Anatoli Serdyukovu vəzifəsindən kənarlaşdıraraq, onun yerinə sabiq enerji naziri və Moskvanın regional qubernatoru Sergey Şayqunu təyin edib.

Serdyukovun hazırda istintaqı aparılan korrupsiya qalmaqalında adı hallanır. Artıq bir neçə həftədir Rusiyanın İstintaq Komitəsi dövlətə məxsus bir şirkətin kommesiya şirkətlərinə hərbi təchizat satması ilə bağlı təhqiqata başlayıb.
XS
SM
MD
LG