Accessibility links

Rusiya prezidenti Vladimir Putin bu gün deyib ki, Rusiya Yaxın Şərqdə hərbi tarazlığı pozmamaq üçün Suriyaya raketlərdən müdafiə sistemi çatdırmayıb.

Cənab Putinin bu açıqlaması keçən həftə Rusiya mediasında Moskvanın Dəməşqə S-300 yer-hava tipli raketləri vermədiyi və bu il sistemin çatdırılmayacağı barədə verdiyi məlumatlarla üst-üstə düşür.

Bununla yanaşı cənab Putin Suriya ilə razılığın beynəlxalq qanunlara qarşı olmadığını desə də, müqavilənin hələ reallaşdırılmadığını əlavə edib.

Bu, Suriya prezidenti Bəşar Əl-Əsədin keçən həftə Hizbullaya aid Əl-Manar televiziya kanalında çıxışı zamanı Moskvanın artıq Suriyaya bəzi raketləri çatdırdığı ilə bağlı verdiyi açıqlamalarla təzad təşkil edir.
XS
SM
MD
LG