Accessibility links

Kremlpərəst gənclər qrupu kreativ propaqanda ilə məşğul olur [Təhlil]


Ukraynaya təcavüzə görə beynəlxalq təzyiqlərə məruz qalan və ölkəsinin iqtisadiyyatı tənəzzülə uğrayan Rusiya prezidenti Vladimir Putin qeyri-rəsmi daxili qruplar tərəfindən dəstəklənir.

Rusiyanın CET adlanan qrupunun üzvləri deyir ki, hazırladıqları tədris layihələri gənclərin yaradıcılıq potensiallarını həyata keçirmələrinə yardım edir. Layihənin meneceri Anastasiya Melnik burada başlıca məqsədin prezident Vladimir Putini dəstəkləmək olduğunu deyir:

“Putin nə edirsə etsin, biz onu dəstəkləyirik. Layihəyə əsasən biz bunu açıqçalarda. rəsmlərdə, filmlərdə göstəririk. Putin prezident olandan sonra biz ilk dəfə dövlətimizə görə utanmırıq. Bizdə qürur, etimad hissi yaranıb, və biz bununla fəxr edirik.”

CET qrupu maliyyə yardımını haradan aldığını gizlətsə də, onun gündəliyi aydındır. CET Rusiyanın istedadlı gənclərini Moskvaya gətirərək, onların Putini tərifləyən, və ya Birləşmiş Ştatları tənqid edən əsərlərini yayır.

Mesaj Amerikanın daxili işlərə qarışması və ya qarşımağa çalışmasıdır. Eyni zamanda III Dünya Müharibəsinin qarşısının alınmasıdır.

Paşa Çuvin CET-in rəssamlarındandır. “Mesaj Amerikanın daxili işlərə qarışması və ya qarşımağa çalışmasıdır. Eyni zamanda III Dünya Müharibəsinin qarşısının alınmasıdır. Bu rəsm əsərləri “Köhnəlmiş suvenir” və “Tüfəng” adlanacaq.”

Lakin nə Kremlin Ukraynaya müdaxiləsi, nə də Krımın ilhaqı Putinin populyarlığının artmasının qarşısını almır. Əksinə, onun daxili populyarlığı getdikcə artır.

Bu arada isə Qərb Rusiyaya qarşı sanksiyalarını gücləndirdikcə ölkə iqtisatiyyatı tənəzzül edir, rublun dəyəri düşür. Lakin CET-dən, rubla satıla biləcək paltarlar tikən dizayner Anna Kredenko hələ də Putini dəstəklədiyini və gələcək paltarlarının üzərində onun şəklini həkk edəcəyini deyir. “Hazırda Putin Rusiyanı təmsil edir. O, həm də Rusiya lideridir. O, güclü şəxsiyyətdir və dünya ona hörmət edir.”

CET üzvü İlya Qalkov isə Birləşmiş Ştatlar Dövlət Departamentinin dünya liderlərinin və Rusiya müxalifətinin iplərini çəkdiyini göstərən oyun hazırlayıb.

Lakin Putin tərəfdarlarının hamısı CET kimi nəzakətli deyil. “Naşi” adlı yeni gənclər qrupu liberal toplantıları dağıtmaq və çıxışları pozmaqla tanınır.

Yanvarın ortalarında “Anti-Maydan” adlı yeni qrup müxalifətin yürüşünü dağıdıb. Məqsəd Ukrayna stilli anti-hökumət üsyanının qarşısını almaqdır ki, buna görə Putin tərəfdarları Birləşmiş Ştatları günahlandırırlar.

XS
SM
MD
LG