Accessibility links

Baş nazir Rusiyada 2015-ci ilə qədər ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun qəbul edilməsinə çalışır

Rusiya siqaret çəkən insanların sayına görə Çindən sonra dünya ölkələri arasında ikinci yerdədir. Bu səbəbə görə Rusiyanın Baş naziri Dmitri Medvedev 2015-ci ilə qədər ictimai yerlərdə siqaret çəkməyin və siqaret reklamlarının qadağan edilməsi təklifi ilə çıxış edib.

Dmitri Medvedev tütün reklamlarının qadağan edilməsi ilə yanaşı siqaret qutusunun qiymətinin bir dollardan aşağı olduğu ölkədə siqaretə vergilərin artırılmasını istəyir.

Öz bloqunda yerləşdirdiyi videoda Medvedev deyir ki, ruslar siqareti atmalıdır, çünki hər il ölkədə siqaretlə çəkməyin nəticəsi olaraq 400 min insan həyatını itirir.

Dmitri Medvedev öz müraciətində deyir ki, hər il siqaretə görə ölkə xəritəsindən bir şəhərə bərabər yer yoxa çıxır, özü də bu, əzablı və uzun sürən xərçəng xəstəliyi

Ümumdünya Səhiyyə Təşkilatı rusiyaların 40 faizinin siqaret çəkdiyini bildirir. Rusiya Çindən sonra dünyada siqaret çəkən insanların sayına görə ikinci yerdədir.

Rusiyanın Səhiyyə nazirliyi 2015-ci ildə qədər ictimai yerlərdə siqaret çəkməyi və siqaret reklamları qadağan edən, habelə siqaretə görə vergiyinin artırılmasını nəzərdə tutaun qanun üzərində işləyir.

Rusların bir hissəsi bu qanuna dəstək versə də, əksəriyyət siqaret çəkməyə davam edəcəklərini deyir.

Baş nazir Dmitri Medvedev qanunun əleyhdarlarının olacağını gözlədiyi halda, ona ehtiyac olduğunu bildirir. Onun sözlərinə görə, bu sənəd hər bir Rusiya vətəndaşı üçün mühümdür.

Qanun layihəsi Rusiya parlamentinin həm aşağı, həm də yuxarı palatasında təsdiq olmalıdır. Təhlilçilərin böyük hissəsi deyir ki, bu baş versə belə, hökumət siqaret əleyhinə yeni qanunun qüvvədə olması və onun icrası üçün kifayət qədər infrastruktura malik deyil.



XS
SM
MD
LG