Accessibility links

Dağıstanda 4 yaraqlı öldürülüb


Rusiyanın Şimali Qafqaz bölgəsində 2014-cü Qış Olimpiya Oyunlarının keçirildiyi Soçi şəhəri yaxınllığında təhlükəsizlik tədbirlərinin artırıldığı bir vaxt polis tərəfindən bir evdə keçirilən reyd zamanı yaraqlı olmaqda şübhəli bilnən 4 nəfər öldürülüb.

Keçən həftənin şənbə günü polisin Soçidən 600-km məsafədə yerləşən Dağıstan bölgəsində yaraqlıların istifadə etdiyi şəxsi bir evi mühasirəyə almasından sonra atışma baş verib.

Dekabr ayında Volqoqrad şəhərində azı 37 nəfərin ölümü ilə nəticələnən bomba hücumundan sonra Soçi oyunlarının təhlükəsizliyi və nailiyyətinin təmin edilməsini özünün siyasi və şəxsi nüfuz məsələsinə çevirən Rusiya prezidenti Vladimir Putin ölkədə təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib.

XS
SM
MD
LG