Accessibility links

Rusiyanın fəza stansiyasına təhcizat daşıyan pilotsuz idarə edilən təyyarəsi qəzaya uğrayıb

  • Amerikanın səsi

Rusiyanın fəza stansiyasına təhcizat daşıyan pilotsuz idarə edilən təyyarəsi qəzaya uğrayıb

Rusiyanın fəza stansiyasına təhcizat daşıyan pilotsuz idarə edilən təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Beynəlxalq Fəza stansiyasına təhcizat daşıyan pilotsuz idarə edilən təyyarəsi səmaya qalxandan bir qədər sonra Sibir ərazisində qızaya uğrayıb.

Rusiyanın fəza agentiyi Roskosmos bildirir ki, Qazaxıstanın Baykonur kosmodromundan göyə qalxmış Soyuz raketi 5 dəqiqə 30 saniyə uçuşdan sonra fəza gəmisini orbitə çıxara bilməyib.

Rusiya mətbuatı agentlik rəsmilərinə istinadən, kosmik gəminin Altay vilayətində düşdüyü haqda məlumat verib. Roskosmos bildirir ki, qəzanın 6 nəfər ekipajı olan fəzada stansiyasında vəziyyətə təsir göstərməyəcəyini bildirir.

ABŞ-ın Atlantis şatlı keçən ay stansiyaya bir illik təchizat çatdırmışdı. Bu, ABŞ-ın şatl proqramının fəzada yerinə yetirdiyi son missiya idi. Şatl uçuşlarının dayanması nəticəsində Rusiyanın Proqres gəmisi stansiyanı təchizatla təmin yeganə əsas vasitə olmuşdur.

Fəza stansiyasına kosmonaftların növbəti missiyası gələn ay üçün nəzərdə tutulub.

XS
SM
MD
LG