Accessibility links

Rusiyanın "Fobos-Qrunt" kosmik stansiyasının qalıqları Sakit okeanına düşüb

  • Amerikanın səsi

Rusiyanın "Fobos-Qrunt" kosmik stansiyasının qalıqları Sakit okeanına düşüb

Rusiyanın "Fobos-Qrunt" kosmik stansiyasının qalıqları Sakit okeanına düşüb

Rusiyanın planetlərarası kosmik stansiyasının dağıntıları Çili sahilləri yaxınlığında Sakit okeanına düşüb.

Rusiyanın kosmik fəza agentliyi Roskosmos pilotsuz idarə edilən 14 tonluq Fobos-Qrunt avtomat stansiyanın Yerin atmosferinə bazar günü daxil olacağını bildirmişdi, lakin dəqiq vaxt və yer haqda məlumat verilməmişdi. Roskosmosun verdiyi məlumata görə, atmosfer qatına ümumi çəkisi 200 kiloqram ağırlığında dağıntılar çata bilərdi. Kosmik stansiyanın işlətmədiyi 11 ton ağırlığında qeyri-toksik yanacaq isə atmosfer qatına qədər yanmalı idi.

Kosmik stansiyanın qalıqlarının okeana düşdüyü haqda məlumatı Rusiya silahlı qüvvələri yayıb. Rusiya fəza agentiyi hələ açıqlama verməyib. Bundan öncə stansiyanın qalıqlarının Cənubi Amerika ərazisinə düşə biləcəyilə bağlı narahatlıqlar mövcud idi.

Stansiya Marsın peyklərindən birindən qrunt nümunələri götürmək üçün fəzaya noyabrın 9-da göndərilmişdi. Lakin avtomat stansiya Yerin orbitində ilişib qalmış və yüksəkliyi itirməyə başlamışdır.

XS
SM
MD
LG