Accessibility links

Rusiya məhkəməsi kəşfiyyat xidmətinin keçmiş zabitini casusluqda ittiham edib


Rusiya məhkəməsi kəşfiyyat xidmətinin keçmiş zabitini casusluqda ittiham edib
Rusiya məhkəməsi kəşfiyyat xidmətinin keçmiş zabitini casusluqda ittiham edib

Moskva şəhər məhkəməsi Rusiya kəşfiyyat xidmətinin keçmiş zabitinə casusluq ittihamları irəli sürüb. Aleksey Poteyev vətənə xəyanətdə və keçən il iyun ayında ABŞ rəsmilərinə Birləşmiş Ştatlarda gizli fəaliyyət göstərən 10 rus casusunu həbs etməyə kömək göstərdikdən sonra fərarilikdə ittiham edilir. Məhkəmə Poteyevin iştirakı olmadan keçib. Onun ailəsi ilə birlikdə casusların həbsindən sonra Birləşmiş Ştatlara köçdüyü bildirilir. Prokurorlar Poteyevin 25 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

XS
SM
MD
LG