Accessibility links

Sankt-Peterburq dünyanın Rusiyaya pəncərəsidir


Sankt-Peterburq dünyanın Rusiyaya pəncərəsidir
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Sankt-Peterburqu görməyə gələn turistlər çox zaman Rusiyada görmədikləri dostluq və mehribanlıqla rastlaşdıqlarını deyirlər

Sankt-Peterburq dünyanın Rusiyaya pəncərəsidir
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Sankt-Peterburq şəhəri vaxtikən Rusiyadan Avropaya pəncərə açmaq məqsədi ilə salınıb. Lakin indi bu şəhər dünyanın Rusiyaya pəncərəsidir. Rusiyanın bu mədəniyyət mərkəzinə bu il qatar, təyyarə və gəmi ilə altı milyondan çox turistin gələcəyi gözlənilir ki, bu da paytaxt Moskvaya gələn turislərin sayından çoxdur.

Kanalları və su yolları olan Sank-Peterburqu uzun zamandır “Şimalın Venesiyası” adlandırırlar. İndi, turistlərin sayı şəhər sakinlərinin sayını ötdükcə, Santkt-Peterburq turist məkanı kimi Venesiya ilə rəqabət apara bilər.

Emiliya buranı görmək üçün Romadan gəlib. “Sank-Peterburqda görməli çox şey var. Bura göx gözəl şəhərdir. İnsanlar da çox yardım edir.” deyə, o bildirir.

Bu yaxınlarda Sankt-Peterburqda eyni zamanda yeddi gəmini qəbul edə biləcək dünyanın ən böyük limanlarından biri fəaliyyətə başlayıb. Rusiyada viza rejimi hökumətin tam nəzarətində olduğu bir vaxt, xarici sərnişinlər Sankt-Peterburqda üç gün vizasız qala bilir.

Böyük Pyotr üç əsr bundan əvvəl Sankt-Peterburq şəhərinin təməlini qoyanda buranın Avropaya pəncərə olacağını nəzərdə tuturdu. O vaxtdan bəri bu şəhər Rusiya tarixinin şahidi olub.

Vaxtilə çarın iqamətgahı olan Qış Sarayı 1917-ci ildə bolşeviklər tərəfindən zəbt olunmuşdu. Hal-hazırda isə bura dünyanın ən gözəl müzeyi, Ermitajdır.

Anya adlı turist tarixi sevdiyini deyir. “Mən Sankt-Peterburqu çox sevirəm. Əsasən də saraylarını. Orada siz özünüzü qədim paltarlarda, kraliça kimi hiss edirsiniz. Bu təcrübə adamda unudulmaz təəssürat buraxır.”

1883-cü ildə çar III Aleksandr iki il əvvəl anarxistlərin bomba hücumuna məruz qalan atası çar II Alerksandrın qətlə yetirildiyi yerdə “Spas na krovi” kilsəsinin tikilməsinə göstəriş verib.

Katya Sankt-Peterburqu görmək üçün Orta Asiyadan gəlib. “Bu şəhəri çoxları sevir, çünki bu şəhər keçmişə qərq ola biləcəyin bir neçə şəhərdən biridir. Buraya cins şalvar və idman ayaqqabısında gələndə belə, özünüzü 18-19-cu əsrlərdə hiss edirsiniz.”

Bu il xaricdən gələnlərin sayı 25 faiz artıb. Bu şəhərə qoyulan investisiya işlərinə Sankt-Peterburqdan olan Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev baxır.

Katya dəyişikliklərin göz qabağında olduğunu deyir. “Şəhərdə yaxşılığa doğru çox şey dəyişib. Böyük təmir işləri aparılır və mənim fikrimcə şəhər daha çox parıldayır.”

Moskva və ya Helsinkidən insanlar buraya yeni yüksək sürətli qatarlarla, eləcə də bu il buradakı limana gələcək 200 səyahət gəmisindən birində gələ bilərlər.

Sankt-Peterburqu görməyə gələn turistlər çox zaman Rusiyada görmədikləri dostluq və mehribanlıqla rastlaşdıqlarını deyirlər.
XS
SM
MD
LG