Accessibility links

Rusiya Hələbə hava hücumlarına moratoriumu uzatdığını deyir


Rusiya Suriyanın dağılmış Hələb şəhərinə hava hücumlarının dayandırılması ilə bağlı moratoriumu uzatdığını bildirib.

Çərşənbə günü bu bəyanatla çıxış edən general-leytenant Sergey Rudskoy Rusiya və Suriya hərbi təyyarələrinin bir həftədir şəhərdən 10 km. məsafədə gözlədiyini bildirib.

Rusiyanın hücumları dayandırdığını deməsinə baxmayaraq, baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bu məlumatı təkzib edib. Müşahidə qrupu hava hücumlarının üçgünlük atəşkəsin başa çatmasından bir neçə saat sonra bərpa edildiyini bildirib.

Çərşənbə axşamı eləcə də, Rusiyanın ordu sözçüsü keçən həftə atəşkəs razılığı qüvvəyə minəndən sonra şəhəri tərk etmək istəyən sakinlər üçün 6 humanitar koridorun açıq saxlandığını deyib.

Lakin Suriya və onun müttəfiqi Rusiyaya etimadsızlığın olduğu bir şəraitdə çox az sayda mülki vətəndaş və ya üsyançı şəhəri tərk edə bilib.

Rusiya xarici işlər nazirliyinin yaydığı ayrıca bəyanatda Moskva Vaşinqtonu Hələbdəki "mötədil müaxlifət döyüşçülərini" cihadçılardan ayırmağı təmin etməyə çağırıb.

XS
SM
MD
LG