Accessibility links

Rusiya rəsmiləri Rusiya Federasiyasının vətəndaşlarının Suriyadan evakuasiya edildiyini bildirib. Təxminən 80 qadın və uşağı daşıyan dörd avtobus çərşənbə axşamı günü Livan və Suriya arasında Masnaa sərhəd keçid məntəqəsinə yetişib. Burada avtobusları Rusiyanın Beyrutdakı səfirliyinin əməkdaşları qarşılayıb. Bu yolun seçilməsi belə görünür, Dəməşq hava limanı ətrafında şiddətli döyüşlərin yenidən başlaması ilə əlaqədardır. Rusiya vətəndaşlarının Livandan Rusiyaya gətirilməsi üçün Beyruta təyyarələr göndərilib.

Rusiya hökuməti habelə böyük əksəriyyəti suriyalılarla ailə qurmuş qadınlar olmaqla Suriyada yaşayan minlərlə Rusiya vətəndaşının evakuasiya oluna biləcəyini bildirib.

Rusiyanın öz vətəndaşlarını Suriyadan çıxarması Moskvanın iki ilə yaxındır davam edən münaqişə nəticəsində prezident Bəşar Əl-Əsədin artıq hakimiyyəti əlində saxlaya bilməyəcəyinə inanmağa başlaması kimi qiymətləndirilir.

2011-ci ildə mart ayında üsyan başlayandan Suriyanın ən yaxın müttəfiqi olan Rusiya veto hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının müxaliflərə qarşı qəddarlıqla davrandığına görə Dəməşqə qarşı beynəlxalq sanksiyalar tətbiq etməsinin qarşısını almışdır.
XS
SM
MD
LG