Accessibility links

Doku Umarov Rusiyada yeni terror hücumları ilə təhdid edir

  • Amerikanın səsi

Doku Umarov Rusiyada yeni terror hücumları ilə təhdid edir

Doku Umarov Rusiyada yeni terror hücumları ilə təhdid edir

Çeçen üsyançılarının lideri Doku Umarov Rusiyada daha çox terror aksiyaları keşirməyə söz verərək deyib ki, Moskva əsas etibarilə müsəlmanların yaşadığı Şimali Qafqaza nəzarətindən əl çəkməsə, ölkəni “göz yaşları və qanla” dolu bir il gözləyir. Umarov öz təhdidlərini Çeçen üsyançılarının veb səhifəsində (kavkazcenter.ru) tarixi göstərilməyən video yazı vasitəsilə çatdırıb. Hərbi geyimdə olan Umarov deyib ki,Moskvaya xüsusi əməliyyat üçün adam göndərilib. Video yazıda keçən ay Moskvanın Domodedovo hava limanında 36 adamın ölümü, 200-dən artıq insanın xəsarət aldığı bomba hücumu ilə əlaqədar bir söz deyilmir. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Özünü Qafqazın əmiri adlandıran Doku Umarov Çeçenistan, Dağıstan, İnquş respublikası və Rusiyanın müsəlmanların yaşaığı cənub bölgələrində şəriət qanunlarına əsaslanan müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparır.

XS
SM
MD
LG