Accessibility links

Rusiya Türkiyədən təcili açıqlama verməsini tələb edib


Türkiyənin hərbi hava qüvvələri Moskvadan Dəməşqə uçan sərnişin təyyarəsini Ankaraya enməyə məcbur edib

Rusiya Türkiyənin hərbi hava qüvvələrinin Moskvadan Dəməşqə uçan sərnişin təyyarəsini Ankaraya enməyə məcbur etdiyinə görə Türkiyənin açıqlama verməsini tələb edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı bəyanatda Türkiyənin belə bir addımının təyyarədə olan 17 nəfər Rusiya vətəndaşının həyatına təhlükə olduğu deyilir.

Daxilində qeyri-qanuni yük olduğu və həmin yük müsadirə etdikdən sonra Türkiyə Suriyanın 30 nəfər sərnişin olan təyyarəsinin Dəməşqə uçmasına icazə verib.

Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu çərşənbə günü bildirib ki, Ankaranın Esenboğa aeroportuna endirilən təyyarədən qeyri-qanuni yük aşkar edilib və bu beynəlxalq aviasiya qanunlarınıa zidddir.

Türkiyənin NTV televiziya kanalında müsadirə edilən yükün içərisində raket hissələrinin də olduğunu bildirilib. Suriya hökuməti hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG