Accessibility links

Maskalı polis Rusiyada bank və media maqnatının bankında reyd keçirib

  • Amerikanın səsi

Maskalı polis Rusiyada bank və media maqnatının bankında reyd keçirib

Maskalı polis Rusiyada bank və media maqnatının bankında reyd keçirib

Maskalı polis Rusiyanın bank və media maqnatı Aleksandr Lebedevin bankında reyd keçirib. Qara maska taxmış silahlı polis işçiləri Milli Ehtiyat Bankının qarşısını tutmuş, başqaları isə içəridə axtarış keçirmişlər. Lebedevin yardımçısı Artyom Artyomov reydin hansı səbəblə keçirildiyini bilmədiyini deyib. Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş agenti olan Lebedev Sovet İttifaqının dağlımasından sonra yaranmış qarışıqlıq nəticəsində zəngin olmuşdur. Lebedev Rusiyada demokratiya tərəfdarı Novaya Qazeta London Evening Standard qəzetlərinin sahibidir və bu yaxınlarda Britaniyanın gündəlik The İndependent qəzetini alıb. Artyomov Lebedevin polisin keçirdiyi əməliyyatın hədəfi olub-olmadığı haqda bir söz deməyib.

XS
SM
MD
LG