Accessibility links

Belarusda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukraynada döyüşlərə dərhal, qeyd-şərtsiz son qoyulmalıdır. Lakin cənab Lavrovun atəşkəslə bağlı çağırışının Rusiya tərəfdarı separatçılara da aid edilib-edilmədiyi aydın deyil.

Bu gün Minskdə keçirilən görüşdə Rusiya, Ukrayna və ATƏT nümayəndələri iştirak edib. Cənab Lavrov onu da əlavə edib ki, qonşu Ukraynaya Rusiya tərəfdən hərbi müdaxilə olmayacaq.

NATO isə Ukrayna ərazisində ən azı 1000 nəfərdən ibarət Rusiya hərbi qüvvəsinin olduğunu iddia edir. Avropa Birliyi liderləri Rusiyadan hərbi qüvvələrini dərhal çıxarmağı tələb edib.

Moskva Ukraynanın şərqində hərbi fəaliyyətini davam etdirəcəyi təqdirdə Avropa Birliyi Rusiyaya yeni sanksiyalar tətbiq ediləcəyini bildirib. Ancaq Avropa blokunun 28 ölkəsinin Rusiya qaz və ticarətindən asılı olması səbəbilə AB-nin sanksiyalarının kəsərliyi barədə fikir ayrılıqları mövcuddur.

XS
SM
MD
LG