Accessibility links

Bu həftə ABŞ desantlarının Ukrayna əsgərlərinə təlimlər keçmək üçün bölgəyə getməsindən sonra Rusiya "xarici hərbi qüvvələrin Ukraynada sabitliyi poza biləcəyi" barədə xəbərdarlıq edib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Pesov bu gün müxbirlərlə görüşü zamanı deyib ki, Rusiya və ya Ukraynadan başqa üçüncü ölkənin Ukraynanın şərqinə müdaxiləsi vəziyyəti daha da gərginləşdirə bilər.

ABŞ-ın Hərbi Hava Briqadası Ukrayna qoşunları ilə bir sıra təlimlər keçmək üçün bu həftə bölgəyə gəlib.

Dünən isə cənab Putin Birləşmiş Ştatları beynəlxalq münasibətlərə dominantlıqda ittiham edib və deyib ki, Rusiya həmişə olduğu kimi əməkdaşlığa hazırdır.

Rusiya televiziysı ilə ictimaiyyət üzvlərinin suallarını cavablandıran cənab Putin Birləşmiş Ştatları nəzərdə tutaraq deyib ki, bəzi ölkələr dünyada yalnız özlərini unikal və qüdrət sayır, lakin onlar müttəfiq deyil, vassaldırlar.

XS
SM
MD
LG