Accessibility links

Rusiya hökuməti ABŞ səfirinin şərhini təhrifedici adlandırıb

  • Amerikanın səsi

Rusiyanın Xarici İşlər nazirliyi ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfolun bu yaxınlarda Moskva ilə Qırğızıstan arasında münasibətlərə dair şərhlərini qəzəblə qarşılayıb.

ABŞ-ın elçisi bir qrup tələbə qarşısında çıxışı zamanı Rusiyanın Qırğızıstana Amerika bazasında əməliyyatları dayandırmaq üçün pul təklif etdiyini deyib.

Rusiyanını Xarici İşlər nazirliyi Maykl Makfolun şərhlərinin ağılasığmaz olduğunu və Moskvanın xarici siyasi mövqeini təhrif etdiyini deyib.

Maykl Makfol Twitter sosial şəbəkəsində yazdığı şərhlərdə daha diplomatik səviyyədə danışmağı öyrəndiyini deyib.

Moskvada vəzifəsinin icrasına yanvar ayında başlayan Maykl Makfol ABŞ prezidenti Barak Obamanın xarici siyasət sahəsində yüksək səviyyəli müşavilərindən biri olub. O, ABŞ administrasiya ilə Rusiya arasında münasibətlərin yenidən qurulmasında əsas rol oynayan fiqurdur.

Moskvanın Maykl Makfolu tənqid etməsi prezident Vladimir Putinin uğurlu kampaniyası zamanı ABŞ əleyhinə ritorika ilə eyni vaxta təsadüf edib.

XS
SM
MD
LG