Accessibility links

Rüstəm Cəbrayılov Amerika dizayneri Maykl Bastianın kişilər üçün geyim kolleksiyalarını nümayiş etdirir

Nyu-Yorkda moda dünyasının ən mühüm tədbrilərindən biri olan ənənəvi moda həftəsində azərbaycanlı model Rüstəm Cəbrayılov kişilər üçün geyim kolleksiyalarını nümayiş etdirir. Bu, şouda yeganə azərbaycanlı model olan Rüstəm Cəbrayılovun yüksək moda aləminin podiumunda ikinci çıxışıdır. Azərbaycanlı model bu dəfə Amerika dizayneri Maykl Bastianın 2012-cü il payız-qış kolleksiyasını nümayiş etdirib. O, ilk dəfə fevral ayında Nyu-York moda həftəsində Bastianın 2012-ci il yaz-yay mövsümləri üçün yeni kolleksiyasını nümayiş etdirmişdi.

Amerika dizayneri olan Maykl Bastian kişilər üçün ilk kolleksiyasını 2006-cı ildə hazırlayıb. Onun dizaynları klassik Amerika stilini təcəssüm etdirir. Bu stili nümayiş etdirmək üçün seçilən kişi modellərdən biri Rüstəm Cəbrayılov olmuşdur. Model iki il bundan əvvəl “Red Model Management” agentliyi ilə müqavilə əsasında işləyir. Kontrakt çərçivəsində Rüstəm Cəbrayılov müxtəlif dərgilər üçün foto çəkilişlərdə iştirak edir. Modelin sözlərinə görə, moda həftəsi yeni layihələr üçün gözəl bir imkan yaradır.

Azərbaycanlı model hazırda dünyanın moda paytaxtlarından biri sayılan Nyu-York şəhərində yaşayır. Rüstəm Cəbrayılovun model kimi daha bir uğuru Amerikanın ən məşhur moda evlərindən biri olan Calvin Klein brendi üçün çəkilişlərdə iştirak üçün dəvət alması olmuşdur. O, avqust ayında Calvin Klein brendinin kişilər üçün yeni kolleksiyasının nümayiş etdirildiyini video klipdə çəkilmişdir.





Rüstəm Cəbrayılov 2007-ci ildə dünyada ən yaxşı kişi modelə verilən “Best Model of the World” titulunu qazanıb.

Dünyanın ən tanınmış dizaynerlərinin iştirak etdiyi Nyu-York moda həftəsi 1943-cü ildən etibarən keçirilməyə başlayıb. Moda şousunun əsas məqsədi İkinci Dünya müharibəsi zamanı diqqəti Fransa modasından Amerika dizaynerlərinin kolleksiyalarına yönəltməkdən ibarət idi. Bu səbəblə Nyu-Yorkda ilk dəfə Parisə səfər edə bilməyən modasevərlərin iştirakı ilə mətbuat həftəsi adı ilə geyim kolleksiyalarının şousu keçirilmişdi. Böyük uğur qazanan moda həftəsi ənənəvi olaraq Fransa dizaynerlərinin kolleksiyalarını işıqlandıran Vogue kimi nüfuzlu jurnalın öz səhifələrində Amerika dizaynerlərinin işlərinə daha çox yer verməsi ilə nəticələnmişdir.

2009c-u ildə Mercedes-Benz avtomobil şirkəti Nuy-York moda həftəsinin rəsmi sponsoru olmuşdur.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG