Accessibility links

Rustavi-2 tele-kanalının onun sabiq həmsahibinin nəzarətinə verilməsinə dair qərar ləğv edilib


Gürcüstanın 25 ilə yaxındır Sovet İttifaqı tərkibindən çıxmasına baxmayaraq bu ölkə hələ də Avropa İttifaqı və NATO-ya üzv ölkələrin əldə etdiyi mətbuat azadlığı uğrunda mübarizə aparır.

Avropanın İnsan Haqları Məhkəməsinin Rustavi-2 tele-kanalının onun sabiq həmsahibi, hökumətə yaxın Kibar Xalvaşinin nəzarətinə verilməsinə dair qərarı ləğv etməsi ilə kiçik də olsa qələbə əldə edilib. Bu kanal Gürcüstanın ən böyük müstəqil tele-kanalıdır.

"Bütöv Gürcüstanın bu qərarı gözlədiyini və Strasburqun 7 hakiminin hökmünü dəstəklədiyini desəm, səhv etmərəm. Bu o deməkdir ki, biz işləyirik. Bu o deməkdir ki, bizim redaksiya siyasətimiz davam edəcək. Komandamız illərdir gördüyü işini davam etdirəcək"- deyə kanalın xəbər direktoru Giorgi Laparaşvili bildirib.

Rustavi-2 hökuməti tənqid edən güclü kanal hesab edilir.

Xalvaşinin kanalın nəzarətini ələ alması ilə azad mətbuatın susdurulacağı qorxuları mövcud idi.

Məsələyə keçən həftədən etibarən baxan Avropanın İnsan Haqları Məhkəməsi Gürcüstanın Ali Məhkəməsinin qərarını ləğv edib.

2015-ci ildə Freedom House Gürcüstanı mediaya müdaxilə etməməyə çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG