Accessibility links

Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılmasını sürətləndirmək müraciəti


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

“Rejim demokratiya oyununa son qoyub. Siyasi repressiya səviyyəsinin nəzərəçarpacaq dərəcədə artması bunu təsdiq edir”

Məşhur dramaturq, Ziyalılar Forumunun həmsədri Rüstəm İbrahimbəyov Turan agentliyi vasitəsilə Azərbaycanın siyasi partiya liderlərinə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması prosesini sürətləndirmək çağırışı ilə müraciət edib.

Müraciətdə deyilir:

Demokratik Qüvvələrin Milli Şurasının yaradılması prosesinin ləngidilməsi bir çox versiyalar və proqnozlar yaradır.
“Demokratik Qüvvələrin Milli Şurasının yaradılması prosesinin ləngidilməsi bir çox versiyalar və proqnozlar yaradır. Bu birləşmə ideyasının tərəfdarlarının sayı, şübhəsiz ki, artır, amma partiya və hərəkat rəhbərləri arasında qarşılıqlı münasibətlərin çətinliyi ilə əlaqədar bu ideyanın həyata keçirilə biləcəyinə şübhə edənlərin fikri də diqqət çəkir. Milli Şura yaradıldıqdan sonra belə fikir ayrılıqları olacağı üçün, onun səmərəli fəaliyyət göstərəcəyinə inanmayanlar da var. Amma hər iki tərəf öz şübhələrini dilə gətirərkən, demokratik qüvvələri birləşdirən, əlaqələndirən orqana ehtiyac olduğunu inkar etmirlər.

Bütün sivil dünyanı sarsıdan ofşok qalmaqalı ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyəti daha da çətinləşdirdi.
Bütün sivil dünyanı sarsıdan ofşok qalmaqalı ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyəti daha da çətinləşdirdi. Əvvəllər heç vaxt bu qədər çox dövlət xadimi, siyasətçi, biznesmen maliyyə fırıldaqlarında ifşa olunmamışdı. Bütün demokratik ölkələr üçün mütləq olan qanun qarşısında bərabərlik norması tutduğu vəzifədən asılı olmayaraq, bütün məxfi hesab sahiblərinin üzərinə vəsaitlərinin mənbəyi və bu vəsaitləri necə yığması haqqında hesabat vermək öhdəliyi qoyur.

İctimai-siyasi prosesin gələcək inkişafını proqnozlaşdırmaq çətindir.
Azərbaycanda bu, baş verməyib – rejim demokratiya oyununa son qoyub. Siyasi repressiya səviyyəsinin nəzərəçarpacaq dərəcədə artması da bunu təsdiq edir.
İctimai-siyasi prosesin gələcək inkişafını proqnozlaşdırmaq çətindir. Amma istənilən halda, bu, demokratik qüvvələrin birləşib-birləşməyəcəyindən çox asılıdır. Həm də Müsavat, Xalq Cəbhəsi partiyaları, EL və ReAl hərəkatları ilə birlikdə, Lalə Şövkətin Liberal Partiyası, Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası və digər siyasi birliklərin nümayəndələri, vətəndaş cəmiyyəti liderləri – hüquq müdafiəçiləri, KİV, aparıcı QHT nümayəndələri, gənclər təşkilatlarının fəalları da daxil olub.

Etiraf etmək lazımdır ki, birləşmə prosesini ləngidən obyektiv amillər mövcuddur.
Etiraf etmək lazımdır ki, birləşmə prosesini ləngidən obyektiv amillər mövcuddur. Bu, ilk növbədə Milli Şuraya namizəd seçiminin dəqiq şəkildə əsaslandırılmış prinsiplərinin olmamasıdır. Bunun üçün zəruri olan meyarlar birgə müzakirələr zamanı müəyyən edilir ki, vaxt çatışmazlığı səbəbindən belə müzakirələr, demək olar ki, keçirilməyib.

Heç bir siyasi partiya və hərəkatla əlaqəsi olmayan və danışıqlar prosesində birbaşa iştirak etməyən bir insan kimi yalnız aparıcı siyasi qüvvələrin liderlərinin
Milli Şuranın nəhayət ki, öz işinə başlayacağına ümid edirəm.
maraqları arasında mümkün ixtilafı aradan qaldıracağına və Milli Şuranın nəhayət ki, öz işinə başlayacağına ümid edirəm. Partiya və hərəkat liderləri başa düşməlidirlər ki, onların birləşmək qabiliyyəti cəmiyyətin ciddi islahatlara hazır olduğunu əks etdirir və bu, onların üzərinə tarixi məsuliyyət qoyur.

Milli Şuranın işində mənim iştirakıma gəlincə, yalnız bir halda buna razılaşa bilərəm ki, ölkənin əsas demokratik qüvvələri qurumda kifayət qədər geniş təmsil edilsin və cəmiyyətin etibarını və hörmətini qazanmış şəxslər şuraya daxil olsun.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG