Accessibility links

İctimai Palata Rüstəm İbrahimbəyova qarşı kampaniyanı nifrətlə pisləyir


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

Təşkilat Rüstəm İbrahimbəyovun həbs təhlükəsi ilə bağlı bəyanat yayıb

İctimai Palata (İP) Kinomotoqrafiya İttifaqının sədri, Azərbaycan Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovun özünün həbs təhlükəsi barədə açıqlamalarını ciddi narahatlıqla qarşılayıb.

İP-nin fevralın 27-də yaydığı bəyanatda Rüstəm İbrahimbəyova qarşı kampaniyanı nifrətlə pisləyir və onu birmənalı şəkildə müdafiə etdiyini, bu istiqamətdə tələb olunan addımlara hazır olduğunu bəyan edir.

İP hesab edir ki, hətta Rütəm İbrahimbəyov kimi tanınmış şəxsin, ağsaqqal ziyalının siyasi motivlərə görə, yəni Azərbaycandakı ictimai - siyasi vəziyyətə, hakimiyyətin kursuna etirazlarına, islahat tələblərinə və 2013- cü il prezident seçkilərinin demokratik keçirilməsi uğrunda ictimaiyyəti səfərbər olması çağırışlarına görə həbs təhlükəsi, təhdidi ilə üz - üzə qalması Azərbaycandakı vəziyyəti bütün çılpaqlığı ilə açıb ortaya qoyur. Avtoritarizm məntiqi, absurd və təhlükəli total repressiv rejim mərhələsinə daxil olub.

İP hesab edir ki, onun özünün müdafiəsi bu gün hər bir azərbaycanlı üçün vicdan məsələsidir. Hər kəsin bu məsələdə öz mövqeyini açıq şəkildə ifadə etməsi toplumun mənəvi vəzifəsidir.
XS
SM
MD
LG