Accessibility links

Rüstəm İbrahimbəyovun proqram müraciəti: Əliyev rejiminin çoxillik qışından yorulmuş Azərbaycan cəmiyyətini oyadan bahar gəlir


Kinodramaturq Rüstəm İbrahimbəyov

Kinodramaturq Rüstəm İbrahimbəyov

O, zərurət yarandıqda həbs təhlükəsi olmasına baxmayaraq, dərhal Bakıya gələcəyəyini bildirib

Tanınmış dramaturq, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşlarına müraciət edərək onları vətəndaş fəallığı göstərməyə çağırıb.

Contact.az saytında dərc olunmuş müraciətdə dramaturq qeyd edir ki,
Azərbaycanda hakimiyyətlə xalqın qarşıdurması güclənir.

Azərbaycanda hakimiyyətlə xalqın qarşıdurması güclənir. Rayonlarda kütləvi çaxnaşmalar, Bakıda gənclərin etiraz nümayişləri hakimiyyətin sərt cavab reaksiyasına səbəb olur. Amma mənasız, kobud şəkildə saxtalaşdırılmış ittihamlar əsasında çoxsaylı həbslər, cinayət təqibləri, kütləvi informasiya vasitələrində böhtan kampaniyaları – bütün bu cəza tədbirləri vəziyyəti daha da ağırlaşdırır və ölkəni nəticələrini proqnozlaşdırmaq mümkün olmayan genişmiqyaslı partlayışa sürükləyir.

Ziyalılarınız haradadır? Niyə susurdu?” sualları ilə qarşılaşdıqda qeyri-iradi olaraq utanc hissi keçirirəm.

“Çoxları ölkəmizdə mövcud olan rejimin cinayətkar xarakterli olduğunu anlayır və “Neçə illərdir niyə dözürdünüz? Ziyalılarınız haradadır? Niyə susurdu?” sualları ilə qarşılaşdıqda qeyri-iradi olaraq utanc hissi keçirirəm”, - müraciətdə qeyd olunur.

“Görüşdüyüm bütün insanlar Azərbaycan hakimiyyətinin korrupsiyanın səviyyəsinin azaldılması və rejimin demokratikləşdirilməsi üzrə ciddi addımlar atmaq istəməməsindən (kadr dəyişiklikləri olmadan bu, mümkün deyil), bunun xalq qəzəbinin partlamasına səbəb ola biləcəyindən narahatdırlar. Və hamı başa düşür ki, qarşıda duran prezident seçkiləri bizim üçün ənənəvi olan nəticələrin saxtalaşdırılması ilə keçərsə, hadisələrin bu şəkildə inkişafı ehtimalı daha da artacaq”, - dramaturq vurğulayır.

Bu seçki, şübhəsiz, seçicilərin daha çox fəallığı ilə keçəcək.

Azərbaycan vətəndaşları da gələcəyə olan ümidlərini qarşıda duran seçkilərə bağlayırlar. Bu seçki, şübhəsiz, seçicilərin daha çox fəallığı ilə keçəcək. Amma başqa ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq dəstək olmadan seçkilərdə şəffaflığı və ədalətliliyi təmin etmək çətindir. O da aydındır ki, beynəlxalq dəstək yalnız çağırıldığı yerə verilir.

“Əminəm ki, dünya ictimaiyyətinə müraciət etsək , bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır.

“Əminəm ki, dünya ictimaiyyətinə müraciət etsək , bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək

Fikrimcə, artıq Milli Şuranın tərkibinin formalaşdırılmasına başlamağın da vaxtı gəlib. Ölkənin aparıcı ictimai-siyasi qüvvələrinin nümayəndələri bu şuranın formalaşdırılması ideyasını dəstəkləyir.

Milli Şuraya partiya mənsubiyyətindən, vəzifəsindən və ideoloji əqidəsindən asılı olmayaraq, xalqın etimadını qazanmış şəxslər daxil olmalıdır. (Milli Şuranın işinə Azərbaycan hüdudlarından kənarda yaşayan insanlar da cəlb edilə bilər). Milli Şuranın say tərkibi onun formalaşdırılması prosesində, regionların nümayəndələri nəzərə alınmaqla müəyyən ediləcək. Təkrar edirəm, əsas seçim meyarı ictimai nüfuz və Konstitusiya normalarına uyğun yaşayan dövlət yaradılmasında iştirak etməyə
Artıq Milli Şuranın tərkibinin formalaşdırılmasına başlamağın da vaxtı gəlib.

hazırlıq olacaq”, - müraciətdə bildirilir.

Milli Şura demokratik qüvvələrin ədalətli və düzgün seçkilərin keçirilməsi üçün şəraiti təmin edən ümumi strategiyasını müəyyən edəcək. Daha sonra bütün aparıcı ictimai siyasi qüvvələrin və partiyaların fikrini nəzərə alaraq, prezidentliyə vahid namizədi irəli sürəcək.

Hakimiyyət, şübhəsiz ki, ölkədə mövcud vəziyyətin dəyişməsinə mane olmaq üçün əlindən gələni edəcək və istənilən təxribatlara hazır olmaq lazımdır. Bu dəfələrlə təsdiqini tapıb.

Təkcə təbiəti deyil, “Əliyev” rejiminin çoxillik qışından yorulmuş Azərbaycan cəmiyyətini də qış yuxusundan oyandıran bahar gəlir.

“Təkcə təbiəti deyil, “Əliyev” rejiminin çoxillik qışından yorulmuş Azərbaycan cəmiyyətini də qış yuxusundan oyandıran bahar gəlir.

Mənim işlərim elə alınıb ki, martın sonlarına qədər Azərbaycanın hüdudlarından kənarda olmalıyam. Amma Ziyalılar Forumundan yoldaşlarım istənilən an mənim iş naminə mövcudluğumun zəruri olduğunu hesab edərlərsə, həbs təhlükəsi olmasına baxmayaraq belə, dərhal Bakıya gələcəyəm”, - R.İbrahimbəyov bildirib
XS
SM
MD
LG