Accessibility links

Rüstəm İbrahimbəyov: Mən bir hörmətli adamın namizədliyini irəli sürəcəm


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

"Milli Şura əsas diqqəti prezident seçkilərinə yetirməlidir. Məqsədimiz seçki vasitəsilə, dinc yolla Azərbaycanı demokratikləşdirməkdir. Biz xaos, inqilab tərəfdarı deyilik”

Ziyalılar Forumunun üzvü, yazıçı, kinorejissor, kinodramaturq Rüstəm İbrahimbəyov Azadlıq qəzetinə müsahibə verib.

R.İbrahimbəyova yenicə yaranan demokratik qüvvələrin Milli Şurası ilə bağlı suallarla cavab verib.

O Milli Şuranın məhz 28 May – Cümhuriyyət günündə elan edilməsini müsbət dəyərləndirir.

“Bu hadisənin Azərbaycan tarixi üçün müqqədəs bir günə 28 maya təsadüf etməsi ikiqat sevindiricidir. Biz əvvəlcədən Milli Şuranın məhz mayın 28-də elan olunmasına çalışırdıq”, İbrahimbəyov qeyd edib.


Müsahibəni təqdim edirik:

-Milli Şura hələ elan olunmamışdan hakimiyyət tərəfdən əks-təbliğatla üzləşmişdi. Milli Şura yaranandan sonra bu təbliğat daha da şiddətlənib. Əsas ittiham isə Milli Şuranın guya Rusiyanın layihəsi olması ilə bağlıdır.

İndi də Rusiyanın çevriliş etmək istədyini bəyan edir.
- Mən hökumət qəzetlərini oxumuram və saytlarına baxmıram. Amma biz dəfələrlə demişik ki, bu ittihamlar uydurmadır. Hakimiyyət qəsdən bu şayiələri buraxır. Bu, hakimiyyətin standart addımıdır. Bir müddət əvvəl hakimiyyət ABŞ-ın Azərbaycanda çevriliş hazırladığını bəyan edirdi və buna görə bir neçə gənci də həbs etdi. İndi də Rusiyanın çevriliş etmək istədyini bəyan edir. Bundan əvvəl «Milyarderlər İttifaqının» da yaranmasında Rusiyanın əlinin olduğu və onların Azərbaycanda çevriliş hazırladığı bəyan olunurdu. Azərbaycanda hər dəfə demokratik hərəkat yarananda, onun yaranma səbəblərini xaricdə axtarmağa çalışırlar. Bu, bir təxribatdır. Hakimiyyət bunu bilərəkdən edir ki, lazım olanda müxalifət liderlərini çevrilişdə ittiham etsin.

- Sizin özünüzə qarşı da konkret ittihamlar irəli sürürlər. Guya siz Azərbaycanın bir dövlət olaraq Avropaya inteqrasiyasına qarşısınız.

Avropa xalqları ailəsinə daxil olması dədə-babamın arzusu idi.
- Bəzi kütləvi informasiya vasitələrində Avropaya inteqrasiyanın əleyhinə olduğumu oxuduqda təəccübləndim. Bu yalanı kim və hansı məqsədlə uydurub bilmirəm, amma hələ 20-ci əsrin əvvəllərində dövlətimizin Avropa xalqları ailəsinə daxil olması dədə-babamın arzusu idi. Dövlətimizin gələcəyi üçün başqa yol təsəvvür etmirəm. Sovet dövründə mənim ailəmin fikirləri Avropa ilə bağlı olub. Onlar Azərbaycanın Avropa ailəsinə girməyinin böyük tərəfdarı idi. O zaman bu fikirlərə görə əmimi və digər yaxın qohumlarımı həbs etmişdilər. Ona görə də mənə qarşı bu ittiham gülməlidir.

Azərbaycanın hansısa konkret bloklarda, beynəlxalq və dövlətlərarası ittifaqlarda iştirakına gəlincə, demokratik qüvvələrin namizədi qələbə qazanarsa, keçid dövründə Konstitusiyaya prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını, hakimiyyət qollarının real balansının təmin edilməsini, dövlətin daxili və xarici siyasətini xalqın maraqlarına uyğun şəkildə müəyyən etməkdə parlamentin və
Çoxpartiyalı əsaslarla yeni ədalətli və düzgün seçkilər keçirilməlidir.
ona hesabat verən hökumətin rolunun gücləndirilməsini nəzərdə tutan düzəlişlər razılaşdırılmalı və referenduma çıxarılmalıdır. Çoxpartiyalı əsaslarla yeni ədalətli və düzgün seçkilər keçirilməlidir. Bununla da Azərbaycan xalqı öz iradəsini bildirmək yolu ilə prioritetlərini və seçimini müəyyən etmək imkanı qazanacaq. Amma indidən bu qədər irəli baxmayaq. Hər şeyin öz vaxtı var. Milli Şura keçid dövrü üçün yaradılıb və əsas diqqəti qarşıda duran prezident seçkilərinə yetirməlidir. Bu gün bizim hər birimiz Milli Şuranın işinə vicdanla və şərəflə şərait yaratmalıyıq.


- Milli Şuranın qarşısında duran hədəflər baxımından ilk addımlar nələr olacaq?

Gündəlikdə duran əsas məsələ prezident seçkiləridir.
- Gündəlikdə duran əsas məsələ prezident seçkiləridir. Biz cəmiyyətimizin, beynəlxalq təşkilatların dəstəyi ilə bu dəfəki seçkilərin şəffaf keçirilməsinə nail olmağa çalışacağıq.

- Təşkilatın idarəçiliyi, strukturu hansı formada olacaq?

- Milli Şuranın İdarə Heyəti vasitəsilə idarə olunması nəzərdə tutulub. Hazırda Milli Şuranın hansı formada işləyəcəyi, gələcəkdə yeni üzvlərin qəbulu ilə bağlı
Milli Şuranın İdarə Heyəti vasitəsilə idarə olunması nəzərdə tutulub.
hansı sistemin tətbiq ediləcəyi müzakirə edilməkdədir. Təşkilatın ilk iclasında bu məqamlar elan olunacaq. Belə təklif var ki, Milli Şuraya gələcək qəbullar seçki yolu ilə həyata keçirilsin. Amma hər bir halda gələcəkdə də qəbullar mümkün olacaq.

- Rüstəm bəy, maraqlıdır ki, hökumətlə yanaşı demokratik düşərgəyə aid bəzi partiyaları da Milli Şuranı hədəf götürüblər. Sizcə, bu yanaşma nədən qaynaqlanır?

- Mən o partiyaların siyasətlərini və məqsədlərini dərindən bilmirəm. Ona görə istəmirəm ki, onların barəsində mənfi fikirlər dilə gətirim. Milli Şurada ölkənin demokratik qüvvələri bir araya gəlib. Əgər bəzi partiyalar Milli Şuranın əleyhinədirsə, deməli, onları demokratik qüvvə saymaq olmaz və onlar iqtidara işləyirlər. Bu cür yanaşma onları çox pis xarakterizə edir.

- Milli Şuranın seçkidə vahid namizədlə iştirak etmək planı varmı?

Seçki yolu ilə vahid namizədi seçmək olar.
- Milli Şuranın vahid namizədlə seçkiyə qatılmaq məsələsi gələcəyin işidir. Əvvəlcə gərək təşkilat öz işinə başlasın, proqramını elan etsin, İdarə Heyətini seçsin. Bütün bunlar ediləndən sonra hər bir şəxs vahid namizədlə bağlı təkliflərini verə bilər. Seçki yolu ilə vahid namizədi seçmək olar. Mənim də namizəd kimi adım bəzi şəxslər tərəfindən hallanır. Mən həmin şəxslərə göstərdikləri etimada görə təşəkkür edirəm. Amma mənim də öz namizədim var. Mən zamanı çatanda başqa bir hörmətli adamın namizədliyini irəli sürəcəm. İndi həmin şəxsin adını çəkmək istəmirəm. Çünki zamanı deyil. Fikrimcə, çox namizədin adı irəli sürüləcək və onlar arasından seçim ediləcək.

- Bir müddət əvvəl vurğulamışdınız ki, əgər demokratik qüvvələr bir araya gələrək Milli Şuranı yaradarlarsa, o zaman beynəlxalq aləmin Azərbaycandakı seçki prosesinə diqqəti artacaq. Bu zaman demokratik düşərgə beynəlxalq aləmin dəstəyinə arxalana bilər. Milli Şura artıq elan olunub. Nə gözləmək olar?

- Beynəlxalq aləmdə Milli Şuranın yaradılmasına rəğbət hiss olunur. Tanınmış
Beynəlxalq aləmdə Milli Şuranın yaradılmasına rəğbət hiss olunur.
“Reuters” agentliyi Milli Şuranın yaranması barədə məlumat verib və vurğulanıb ki, beynəlxalq aləm Azərbaycanda gedən prosesləri diqqətlə izləyir. Düşünürəm ki, demokratik qüvvələrin bir araya gəldiyi Milli Şuranın yaranmasından sonra beynəlxalq dəstək artacaq. Amma bir məqamı vurğulamaq istəyirəm:

Məqsədimiz seçki vasitəsilə, dinc yolla Azərbaycanı demokratikləşdirməkdir. Biz xaos, inqilab tərəfdarı deyilik. Hakimiyyət xalqı elə vəziyyətə gətirir ki, xalq gec-tez ayağa qalxacaq. Ona görə biz çalışırıq ki, bu hadisələri qabaqlayaq və zəruri olan islahatlar dinc yolla həyata keçsin.

- Hazırda hakimiyyətin ABŞ, Rusiya, Avropa Birliyi ilə münasibətləri olduqca gərgin görünür. Bu gərginlik hakimiyyət təmsilçilərinin bəyanatlarında da hiss olunur. Amma bununla belə iqtidar münasibətlərin normal olduğu görüntüsünü də yaratmağa çalışır. Reallıqda vəziyyət necədir?

Açıq bəyan edirlər ki, Azərbaycandakı rejim dünyanın ən köhnə, qəddar diktaturasıdır və bunun zamanı tükənib, mütləq dəyişiklik olmalıdır.
- Mən xarici siyasəti bir o qədər də yaxşı bilmirəm. Amma ABŞ-da, Rusiyada, Avropada, İranda da Azərbaycan rejimi haqqında mənfi fikirlərin olduğunu açıq görmək olur. Açıq bəyan edirlər ki, Azərbaycandakı rejim dünyanın ən köhnə, qəddar diktaturasıdır və bunun zamanı tükənib, mütləq dəyişiklik olmalıdır. Amma bununla belə hökumətlərarası müqavilələr var və onlar qüvvədədir, işləməlidir. Burada söhbət hökumətlərarası münasibətlərdən gedir. Qonşu Türkiyədə də Azərbaycan hakimiyyətinə münasibət birmənalı deyil.

- Rüstəm bəy, hazırda Azərbaycandan kənardasınız. Amma Milli Şurada da əsas fiqurlardan birisiniz. Ölkəyə qayıtmaq planlarınız varmı?

Mütləq qayıdacağam.
- Mütləq qayıdacağam. Mən hazırda iki filmin üzərində işləyirəm. Bu filmlərlə bağlı daha sonra Avropa və ABŞ-a getməliyəm. Bu təxminən iyunun 20-nə qədər çəkə bilər. Sonra mütləq Bakıya qayıdacam.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG