Accessibility links

Ənnağı Hacıbəyli: Rüstəm İbrahimbəyovun qeydə alınmaması situasiyanı gərginləşdirər [Video-Müsahibə]


Milli Şuranın işçi qrupunun rəhbəri Rüstəm İbrahimbəyovun qeydə alınmaması üçün hüquq əsas olmadığını bildirib. İbrahimbəyov artıq ikili vətəndaşlıdan imtina edib

Milli Şuranın keçid dövrü üçün prezidentin səlahiyyətlərini müəyyən edən işçi qrupunun rəhbəri Ənnağı Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov, onun namizəd kimi qeydə alınması məsələsində ortaya çıxa biləcək hüquqi və siyasi maneələrdən danışıb.

Sual: Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı ilə bağlı şayiələr dolaşmaqdadır. Onun namizədliyinin qeydə alınmaması nə qədər hüququdur?

Azərbaycan kimi ölkələrdə bu həm də hüquqi-siyasi məsələdir
Cavab: Bu məsələyə iki kontekstdən yanaşmaq olar. Birincisi prezidentliyə namizədin qeydə alınıb-alınmaması hüquqi məsələdir. Hərçənd ki, Azərbaycan kimi ölkələrdə bu həm də hüquqi-siyasi məsələdir. Çünki biz bilirik ki, Mərkəzi Seçki Komissiyası (MSK) yetərincə müstəqil orqan deyil və siyasi hakimiyyətin MSK-nin işinə müdaxilə etmək imkanları və praktikası var.

Amma, hər bir namizədin qeydiyyata alınmamaq şansı var. Bu təkcə Rüstəm İbrahimbəyova aid məsələ deyil ki, istənilən namizədi dövlət qanunauyğun şəkildə və ya qanunsuz qeydə almaya bilər.

Sual: Rüstəm İbrahimbəyovun qeydə alınmaması üçün hüquqi əsaslar varmı?

Məsələ Rusiya dövləti ilə bağlı olduğundan orada bununla məşğul olurlar.
Cavab: Mənə Rüstəm İbrahimbəyovun qeydə alınmamasına əsas verən mübahisəsiz hər hansı əsas bəlli deyil. Təbii ki, bununla Mili Şuranın hüquq komissiyası məşğul olur. İkili vətəndaşlıqla bağlı problem qeyd olunurdu. Rüstəm İbrahimbəyov ikili vətəndaşlıdan imtina etdi. Məsələ Rusiya dövləti ilə bağlı olduğundan orada bununla məşğul olurlar.

Rüstəm İbrahimbəyovun qeydiyyatına mane olacaq başqa əsaslar bilmirəm. Formal olaraq başqa ölkələr qarşısında öhdəliyin olması, ikili vətəndaşlıq və oturaqlıq senzi ilə bağlı üç qrup maneələr hər hansı namizəd üçün mövcuddur. Bunlardan ikili vətəndaşlıqla bağlı problem ola bilərdi, ondan da İbrahimbəyov imtina etdi.

Sual: Bəs vergi öhdəliyi ilə bağlı, hərçənd ki, o deyib vergi öhdəliyi yoxdur.

Rüstəm İbrahimbəyovun özü də söhbət zamanı deyib ki, onun heç bir dövlət qarşısında öhdəliyi yoxdur.
Cavab: Onu Rüstəm İbrahimbəyov deməlidir və o prezidentliyə namizəd kimi, əgər həmin maneələr varsa və onu aradan qaldırmaq mümkün deyildirsə, yəqin ki Rüstəm İbrahimbəyov ciddi adamdır və bu şəraitdə namizədliyinin irəli sürülməsinə razı olmazdı. Məndə olan məlumata görə, Rüstəm İbrahimbəyovun nümayəndəsi, həm də Milli Şuranın İcra Aparatının rəhbəri kimi Eldar Namazovun verdiyi məlumata əsasən deyirəm ki, onun başqa ölkələr qarşısında hər hansı öhdəliyinin olması ilə bağlı heç bir ciddi fakt bəlli deyil. Rüstəm İbrahimbəyovun özü də söhbət zamanı deyib ki, onun heç bir dövlət qarşısında öhdəliyi yoxdur.

Sual: Azərbaycan istintaq orqanlarında onunla, onun şirkəti ilə bağlı cinayət işi mövcuddur. Bununla bağlı namizədliyindən imtina edə bilərlərmi?

O hər halda cinayət məsuliyyətinə cəlb edilməyib.
Cavab: O hər halda cinayət məsuliyyətinə cəlb edilməyib və onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur. İndiki halda ondan istifadə etmək mümkün deyil. Amma hakimiyyətin gələcəkdə bu faktdan istifadə etmək üçün hansı addım atacağına isə indidən proqnoz vermək mümkün deyil.

Sual: Rüstəm İbrahimbəyov bəyan edib ki, avqustun 2-də Azərbaycana gələcək. Onu bu cinayət işi ilə həbs etmək mümkündürmü?

Onun da biri elə Rüstəm İbrahimbəyovun həbsi ola bilər.
Cavab: Mən onu proqnoz verməkdə çətinlik çəkirəm. Bu hakimiyyətin planlarından asılıdır. Əgər hakimiyyət doğrudan da azad və ədalətli seçki keçirmək istəmirsə onda çox müxtəlif maneələr yarada bilər. Onun da biri elə Rüstəm İbrahimbəyovun həbsi ola bilər.

Sual: Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ölkədə hansı hüquqi problemlər yarada bilər?

Cavab: Onun qeydə alınmaması birincisi Milli Şuranın, demokratik qüvvələrin vahid cəbhəsi olaraq seçkilərdən
Təbii ki, demokratik qüvvələr öz namizədinin hüquqlarının müdafiəsi üçün hüquqi və faktiki xarakterli tədbirlər görə bilər.
kənarda qalması ilə nəticələnə bilər. Baxmayaraq ki, hələ İsa Qəmbərin namizədliyi qüvvədədir. Amma başqa variantlar da mümkündür. Ola bilər ki, Rüstəm İbrahimbəyovun qeydə alınmasa və kifayət qədər vaxt olsa başqa müxalifət liderləri də öz namizədliklərini irəli sürə bilərlər.

İkinci həm faktiki, həm hüquqi baxımdan bu çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Təbii ki, demokratik qüvvələr öz namizədinin hüquqlarının müdafiəsi üçün hüquqi və faktiki xarakterli tədbirlər görə bilər. Yəni kütləvi tədbirlər ola bilər, mitinqlər, piketlər və s. Bu ölkədə seçkiqabağı situasiyanı gərginləşdirə bilər. Biz bunu məqsədəuyğun hesab etmirik.
XS
SM
MD
LG