Accessibility links

Rüstəm İbrahimbəyov iyulun 30-da Bakıya gələcək


Kinodramaturq Rüstəm İbrahimbəyov

Kinodramaturq Rüstəm İbrahimbəyov

Mili Şuranın sədri avqustun 2-də Bakıda Kino Günündə iştirak edəcəyini bildirib

Milli Şuranın sədri, qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı günü açıqlayıb.

O, “Media forum” saytına deyib ki, iyulun 30-da gələcək: “Avqustun 2-də Azərbaycanda kino işçilərinin bayramıdır. Həmin gün Bakıda olmalıyam, tədbirlərdə iştirak etməliyəm. Hələlik bilet almamışam”.

Yayılan informasiyaların əksinə olaraq Rüstəm İbrahimbəyov Avropaya səfərinin başlamadığını bildirib:

“Hazırda Moskvadayam, burada bəzi işlərim var, onları həll edirəm. Avropaya səfərim başlamayıb. Səfərlə bağlı danışıqlar aparıram. Səfər iyulun 21-nə nəzərdə tutulub. Amma ola bilsin ki, avqusta təxirə salınsın”.

Milli Şuranın sədri deyib ki, Avropaya səfəri, orada rəsmilərlə görüşməsi məsələsində problem yoxdur:

“Səfərin uzanması mənim işlərimlə bağlıdır,” deyə cənab İbrahimbəyov bildirib.
XS
SM
MD
LG