Accessibility links

Rüstəm İbrahimbəyov itkin düşənlərin ailələrinə cavab verib


Kinodramaturq Rüstəm İbrahimbəyov

Kinodramaturq Rüstəm İbrahimbəyov

Ailələr itkin düşmüş ailə üzvlərinin sığorta pullarını ala bilmir

1991-1994-cü illərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə itkin düşmüş yüzdən çox hərbçinin ailə üzvü bir neçə gün öncə mətbuat vasitəsilə Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə vahid namizəd Rüstəm Ibrahimbəyova müraciət edib. Ailələr itkin düşmüş ailə üzvlərinin sığorta pullarını (qan pulu) ala bilmədiklərini və hazırki hökumətin rəsmi şəxslərinin onların müraciətlərinə baxmadığını bildirir.

Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, R.İbrahimbəyov müraciətə cavab verib.

Cavabda deyilir: “Azərbaycan müharibədən çox ağır itkilərlə çıxıb. Çox təəssüf ki, bu, bizim insanlarımızın həyatında ağır izlərlə ötüşüb. Ötən illərdə isə hakimiyyət müharibədən ziyan çəkmiş insanların həm maddi, həm də mənəvi böhrandan çıxması üçün heç bir əsaslı iş görməyib. Mən təkcə prezidentliyə namizəd kimi deyil, həm də Azərbaycanda böyük dəyişikliklərin olacağına inanan, bunun üçün mübarizə aparan ziyalı vətəndaş kimi söz verirəm ki, ədalət hamı üçün eyni işləyəcək. Hər kəsin haqqı özünə qaytarılacaq. Azərbaycan bir dövlət kimi onu qoruyan övladları ilə fəxr edəcək və onların bütün problemlərinin mümkün həllinə nail olacaq. Biz indi firavan, demokratik və ədalətlə idarə olunan bir Azərbaycan üçün çalışırıq. Sizi də bu yolda fəal olmağa çağırıram. Sizin inamınıza arxalanaraq, birgə bütün ümumilli məqsədlərimizə çatacağımıza inanıram”.
XS
SM
MD
LG