Accessibility links

MSK Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiq etməyib


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

Buna səbəb kimi İbrahimbəyovun ikili vətəndaşlığı göstərilib

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiq etməyib.

MSK-nin bu gün keçirilən iclasında qeyd olunub ki, bu qurumun sorğusuna cavab olaraq Rusiyanın Azərbaycandakı səfirliyi bildirib ki, İbrahimbəyov 1991-ci ildən Rusiya vətəndaşıdır.

Azərbaycan konstitusiyasına görə ikili vətəndaşlığı olan şəxslər Azərbaycan prezidenti ola bilməz.

R.İbrahimbəyovun prezidentliyə namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. O müxalifətin təmsil olunduğu Milli Şuranın prezidentliyə vahid namizədidir.

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina ilə bağlı Rusiya prezidentinə müraciət edib. Amma, prezident Putin İbrahimbəyovun müraciətinə hələ baxmayıb.

Milli Şura MSK-nin qərarına hələ reaksiya verməyib.
XS
SM
MD
LG