Accessibility links

O, MSK-nin prezidentliyə namizədliliyinin təsdiqindən imtina ilə bağlı qərarının ləğvini istəyir

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Rüstəm İbrahimbəyovu sentyabrın 2-də Mərkəzi Seçki Komissiyasınımn (MSK) onun prezidentliyə namizədliyini təsdiq etməkdən imtinası ilə bağlı Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti verib.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmə şikayətə 3 gün ərzində baxmalıdır. Bundan əvvəl Apellyasiya Məhkəməsi İbrahimbəyovun Mərkəzi Seçki Komsisiyasının onun namizədliyinin təsdiqindən imtina ilə bağlı qərarının ləğv edilməsi barədə şikayətini təmin etməyib.

MSK İbrahimbəyovun namizədliyini təsdiq etməkdən üç səbəbdən imtina edib: Azərbaycan pasportu ilə yanaşı Rusiya pasportunun olması; xarici dövlətlər qarşısında öhdəliklərinin olmaması haqqında kifayət qədər sənəd təqdim edilməməsi; son 10 il ərzində Azərbaycan ərazisində daimi yaşamaması.

Lakin İbrahimbəyov bütün bu əsasları təkzib edib. Vəkilin sözlərinə görə, MSK “ikili vətəndaşlıq” və iki vətəndaşlıq arasında fərq görmür. İkili vətəndaşlıq yalnız iki vətəndaşlığın qarşılıqlı qəbul olunması haqqında hökumətlərarası saziş əsasında mümkündür.

İbrahimbəyov Rusiya qarşısında öhdəliklərinin olmaması haqqında arayış təqdim edib.
MSK-nın son 10 il ərzində İbrahimbəyovun cəmi 1163 gün Azərbaycanda olması haqqında arqumentlərinə gəlincə, vəkil İbrahimbəyovun Azərbaycanda doğulduğunu, oxuduğunu və yaşadığını bildirib, xaricdə olması isə onun yaradıcılıq layihələri ilə əlaqədardır.
XS
SM
MD
LG