Accessibility links

Ali Məhkəmə Rüstəm İbrahimbəyovun şikayətini təmin etməyib


Kinodramaturq Rüstəm İbrahimbəyov

Kinodramaturq Rüstəm İbrahimbəyov

Ali Məhkəmənin qərarından BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət ediləcək

Azərbaycan Ali Məhkəməsi (AM) sentyabrın 6-da Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının onun prezidentliyə namizədliyinin təsdiq edilməməsi haqqında qərarından verdiyi şikayəti təmin etməyib.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmənin qərarı ilə əlaqədar BMT-nin İnsan Hüquqlarını Müdafiə Komitəsinə Azərbaycan hakimiyyətinin vətəndaşların seçki hüquqlarını pozmasından və hakimiyyətin namizədinə real rəqiblərdən birinin seçkidə iştirakına mane olmasından şikayət göndəriləcək.
XS
SM
MD
LG