Accessibility links

Rüstəm İbrahimbəyov: "Azərbaycan indi həbsxanadır. Hökumət qanunsuz yolla idarə olunur."


Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

Hazırda Moskvada olan kinorejissor mediaya danışdı.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırıb. Maraqlı müsahibəni təqdim edirik :

- Hazırda hansı ölkədəsiniz və səfəriniz necə keçir?

- Hazırda Rusiya paytaxtı Moskvadayam. Bundan əvvəl isə ABŞ, Fransa və Gürcüstanda olmuşam. Gürcüstandan Rusiyaya fevralın 26-da qayıtmışam. Bir neçə gün Moskvada qalacam. Sonra yenidən Fransaya gedəcəm. Bu səfər kino işləri ilə bağlıdır. Marseldə festival keçirəcəm. 15 ildir bu şəhərdə teatr və kino festivalı keçirirəm.

- Azərbaycan festivalda təmsil olunurmu?

- Xeyr, bu il təmsil olunmur. Bir neçə il əvvəl bizim “İbrus” teatrımız festivalda təmsil olunmuşdu və çox yaxşı qarşılanmışdı. Eyni zamanda bir neçə dəfə kinolarımız, xüsusən də Rasim Ocaqovun filmləri festivalda iştirak edib və onlar da çox yaxşı qarşılanıb. Keçmiş sovet respublikalarından Gürcüstan, Rusiya və digər dövlətlər festivalda iştirak edir. Mən MDB və Baltikyanı ölkələrin kinematoqrafçılar ittifaqlarının daxil olduğu Kinematoqrafçılar Konfederasiyasına rəhbərlik edirəm. Marsel festivalının təşkilatçılığını konfederasiya həyata keçirir. Festivala qatılmaq məsələsində böyük rəqabət var. Konfederasiyaya 14 ölkə daxildir. Bütün ölkələr festivalda təmsil olunmağa çalışır. MDB ölkələrində çox yaxşı teatr və kinolar var, onlar festivala qatıla bilirlər. Təəssüflər olsun ki, Azərbaycanda teatrların səviyyəsi o qədər də yüksək deyil. Üzə çıxarılası filmlərimiz də o qədər çox deyil. Yalnız bir neçə belə filmimiz var. Bu filmlər də son illərdə çəkilib. Amma başqa ölkələrdə daha keyfiyyətli filmlər çəkilir.

- Azərbaycana nə vaxt qayıdacaqsınız?

- Hələlik işlərim çoxdur. Uzun müddət Azərbaycanda olduğuma görə həmin işlərim həll edilməmiş qalıb. İndi mən o işləri görməliyəm. Fransada festivalı başa çatdırandan sonra vətənə qayıtmağa ilk imkan yaranacaq. Bu da təxminən martın 20-dən sonraya düşür. Amma bu da digər işlərdən asılıdır. Çünki hazırda əlimdə üç-dörd layihə var və onları həyata keçirməliyəm. Uzun müddət vaxtımı ictimai-siyasi məsələlərə həsr etdim, digər işlərə vaxt ayıra bilmədim. Bu da mənim işlərimə böyük ziyan vurub və indi o boşluğu doldurmalıyam.
Azərbaycandan kənarda olsam da, Ziyalılar Forumu ilə çox fəal işləyirəm. Forumun üzvləri ilə hər gün əlaqə saxlayıram. Mən onlara zəng edirəm, onlar mənə yazırlar, cavab verirəm.

- Sizin ölkəyə qayıtmağınızla bağlı hansısa problem varmı? Belə məlumatlar var ki, sizə qarşı cinayət işi açmaq istəyirlər. Bu barədə özünüz rəsmi məlumat almısınızmı?

- Mənim özümlə bağlı heç bir problem yoxdur. Yəni vətənə qayıtmaqda problem görmürəm. Amma məsələ ondadır ki, mən başqa informasiyalar alıram. Həmin məlumatlara görə, vətənə qayıdacağım halda məni istintaqa çağırmaq,
Bu yaşımda belə qanunsuz, əsassız, mənasız işlərə qarışmaq, buna vaxt ayırmaq niyyətim yoxdur.

sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır. Amma onu deyim ki, bu yaşımda belə qanunsuz, əsassız, mənasız işlərə qarışmaq, buna vaxt ayırmaq niyyətim yoxdur. Axı heç buna ehtiyac da yoxdur. Çünki mənim əsas işim ictimai-siyasi fəaliyyət deyil, yaradıcılıq məsələləridir. İctimai-siyasi işlərlə bir vətəndaş kimi məşğul oluram. Başqa sahələrdə xeyli işim var. Böyük problemləri həll edirəm və etməliyəm.

Azərbaycana ona görə gəlirdim ki, ora mənim vətənimdir. Vətən üçün darıxıram. Əgər vətən mənə belə münasibət göstərirsə, deməli, fasilə verməliyəm və bunu edirəm.

- Yəni martın sonunda qayıtmaya da bilərsiniz?

- Bu qərarı martın sonunda verəcəm.

- Rüstəm müəllim, əgər sizə cinayət işi açılsa və həbs edilmək təhlükəniz real olsa, buna baxmayaraq Azərbaycana qayıdacaqsınızmı?

- Bunu nəyə görə etməliyəm? Mən bəyəm dəliyəm? Normal insanam və hər şeyi aydın görürəm. Bunu yalnız siyasi lider, prezident olmaq istəyən şəxs edər. Çünki belə siyasi xarakterli həbs siyasətçinin nüfuzunu daha da artırır. Mən sıravi vətəndaş və ziyalı kimi mövqeyimi hər zaman bildirirəm və bundan sonra da
Əgər məni türməyə salsalar, bu imkanlar əlimdən alınacaq. Buna zərurət varmı? Azərbaycanda hakimiyyət zəbt olunub, ölkə tamamilə qanunsuz yollarla idarə edilir.

bildirəcəm. Deyirəm ki, Azərbaycanda yaranmış vəziyyət dözülməz hal alıb, insanlar buna dözməməlidir və vəziyyəti dəyişdirməlidirlər. Bunu mütləq etmək lazımdır. Ölkədə baş verənlərlə bağlı mövqeyimi və sözümü açıq formada deyirəm. Əgər məni türməyə salsalar, bu imkanlar əlimdən alınacaq. Buna zərurət varmı? Azərbaycanda hakimiyyət zəbt olunub, ölkə tamamilə qanunsuz yollarla idarə edilir. İndi könüllü gedib özümü onlara təslim etməliyəm ki, məni türməyə basın? Mən bunu etməyəcəm. Onlara təslim olmaq niyyətim yoxdur. Bu, hökumət deyil axı. Azərbaycan vətəndaşları mənim həbsxanaya salınmağıma razı olarmı? Ölkəyə gəlməyim heç nəyi dəyişmir, vəziyyətə bir faiz də olsun təsir göstərmir. Mənim gəlməyim kimə, hansı formada kömək edir? Kənarda olsam da, proseslərin içindəyəm. Siyasətçi olmasam da, fikirlərimi söyləmişəm və söyləyəcəm.

Azərbaycan indi həbsxanadır. Hökumət qanunsuz yolla idarə olunur. Lazım olsa, vətənim uğrunda canımı da qurban verərəm – amma bunun bizim məqsədimizə çatmağımıza bir faydası olsa.

Azərbaycan indi həbsxanadır. Hökumət qanunsuz yolla idarə olunur. Lazım olsa, vətənim uğrunda canımı da qurban verərəm – amma bunun bizim məqsədimizə çatmağımıza bir faydası olsa. Əgər hökumət məni həbsxanaya salsa, insanların və beynəlxalq ictimaiyyətin başı bu məsələyə qarışacaq və hökumət də prezident seçkisini istədiyi kimi keçirəcək. Sonra da məni həbsxanadan azad edəcəklər ki, bağışlayın, səhv etmişik. Akademik Eldar Salayevin başına olmazın oyunlar gətirdilər. Bu yadımızdan çıxmayıb. Onun kimi görkəmli alimimizi həbsxanaya saldılar, bir neçə ay qanunsuz həbsdə saxladılar, gözləri tutulandan sonra buraxdılar. Sonra da utanmadan dedilər ki, bizi bağışlayın, bir səhvdir etmişik. Hazırda kommunikasiya vasitələri inkişaf edib, internet, telefon var. Hansı ölkədə olmağımdan asılı olmayaraq fikirlərimi çatdıra bilərəm.

- Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı qaldırılan cinayət işinin istintaqı necə gedir? Bu barədə məlumat ala bilirsinizmi? Bütövlükdə ittifaqın durumu necədir?

- Vəziyyətlə bağlı hər gün məlumat alıram. Hökumət Azərbaycan
Ədliyyə Nazirliyi yazıq duruma düşüb.

Kinematoqrafçılar İttifaqını tamamilə bağlamağa çalışır. Bunun üçün müxtəlif bəhanələr axtarırlar. Ədliyyə Nazirliyi yazıq duruma düşüb və ordan deyirlər ki, heç bir qanun pozuntusu tapmırıq, ona görə də ittifaqın dövlət qeydiyyatını ləğv edə bilmərik. Amma yuxarılardan nazirliyə təzyiq göstərirlər ki, necə olursa olsun, ittifaqı bağlayın. Hazırda heç bir istintaq getmir. Vəkillər bu işlə məşğuldur. Bu cinayət işi tamamilə əsassız və qanunsuzdur. Özlərindən nəsə uydurublar, bir neçə ay keçəcək həmin cinayət işini bağlamağa məcbur olacaqlar.
XS
SM
MD
LG