Accessibility links

ABŞ kollecinin professoru Birləşmiş Ştatların sabiq prezidenti Franklin Delano Ruzveltin əlil arabasında oturduğu nümayiş etdirilən video yazını aşkar etdiyini deyib. Sabiq prezidentin əlil olması o vəfat edənədək Amerika ictimaiyyətindən gizli saxlanılırdı.

İndiana ştatında Franklin kollecinin professoru Ray Beqoviç video yazını Merilenddə Kollec Park milli arxivində tədqiqat apararkən aşkar edib.

Ruzvelt 1921-ci ildə 39 yaşında ikən poliomielit xəstəliyinə tutulub və o zamandan bəri köməksiz yeriyə bilməyib.

Dörd dönəm hakimiyyətdə olduğu dövrdə Ruzvelt əlil arabasından istifadə edib. Lakin Amerika ictimayyəti onun əlil arabasından istifadə etdiyindən xəbərsiz idi.

Video görüntüdə Ruzveltin 1944-cü ilin iyul ayı Pearl Harborda USS Baltimor gəmisini ziyarət etdiyi nümayiş etdirilir.

Franklin Ruzveltin əlil olduğu onun prezidentliyi dövrü dövlət sirri olsa da, ABŞ-ın İkinci Dünya müharibəsi dövrü olduqca populyar prezidentinin Vaşinqtonda qoyulmuş heykəli onu əlil arabasında oturduğu yerdə göstərir.
XS
SM
MD
LG