Accessibility links

Ruandada 1994-cü ildə 800 min insanın həyatına son qoyan soyqrımın 20-ci ildönümünə dair anım mərasimləri keçirilir.

Bu gün Kiqali şəhərində keçirilən tədbirdə 100 gün yanması nəzərdə tutulan milli məşəlin aloblandırılması mərasiminə prezident Paul Kaqame və BMT baş katibi Ban Ki Mun qatılıb.

1994-cü ildə Ruanda prezidenti təyyarə qəzasında həyatını itirdikdən sonra etnik Hutulara məxsus silahlı qruplaşma ölkə boyu Tutsi və mötədil Hutuları 100 gün aramsız şəkildə qətlə yetirmişdi.

1990-cı ilin əvvəllərində BMT-nin Ruandada minlərlə sülhməramlı qüvvəsinin fəaliyyət göstərməsinə baxmayaraq, qurum soyqırımın qarşısını almaqda acizlik və könülsüzlük göstərdiyi üçün tənqidlərə məruz qalmışdı.

1999-cu ildə BMT-nin baş katibi Kofi Annan soyqrımın qarşısının alınmamasını təşkilatın uğursuzluğu adlandırmışdı.
XS
SM
MD
LG