Accessibility links

Ruandada yüz minlərlə insanın qətliamından 20 il keçir. O zaman Qərb qüdrətləri bunun baş verməsinə imkan verdikləri üçün günahlandırılmışdı. 1994-cü il aprel ayının 7-dən başlayaraq, 100 gün içərisində 800 min ruandalının qətli bütün dünyanı lərzəyə gətirdi. Etnik Hutu çoxluğunun üzvləri Rvandada yaşayan, azlıqda olan Tutsilərin 70 faizini və bəzi mötədil hutuları qırdı.
O zaman Birləşmiş Ştatlar prezidenti Bill Klinton bu qətliamın qarşısını almadığı üçün həm daxildən, həm də xaricdən tənqidlərə məruz qalmışı. Dörd il əvvəl Ruandaya səfər edən cənab Klinton heç bir addım atmadığı üçün ruandalılardan üzr istədi. “Qətllər başlayanda biz lazımı qədər tez hərəkət etrmədik. Dünya boyu mənim kimi insanlar günlərlə öz ofislərində oturub məsələnin nə dərəcədə ciddi olduğunu anlamağa çalışırdı.”

“Bir daha təkrar olunmayacaq” deyilməsinə baxmayaraq, Ruanda fəlakəti dünya boyu mülki vətəndaşlara qarşı törədilən zorakılıqlara son qoya bilmədi. O vaxtdan Sudanın Darfur regionundakı qətliam, Mərkəzi Afrika Respublikasında irqlərarası zorakılıqlar, kütləvi qırğınlar baş verib və milyonlarla qaçqın yaranıb. Suriyada gedən vətəndaş müharibəsi azı 150 min insanın həyatına son qoyub və prezident Barak Obama lazımı addım atmamaqda ittiham edilib.
Amnesty International-dan Adotey Akvey Rusiyanın müxalifət qüvvələrinin və BMT Təhlükəsizlik Şurasının Ağ Evin Suriyada zorakılıqları dayandırmağa imkan vermədiklərini deyir. “Beynəlxalq ictimaiyyət Suriyada baş verənlərə son qoymalıdır ki, administrasiya da öz növbəsində nəsə edə bilsin. Lakin hələ ki biz istədiyimiz nəticəni əldə etməmişik.”

Birləşmiş Ştatların sabiq diplomatı Conni Karson Birləşmiş Ştatlar Sülh İnsitutunda məsləhətçidir. O, Ruandada baş verənlərin dünyanı cəld hərəkət etməyə məcbur etməli olduğunu deyir. “Bir vəhşiliyə başlandığını görəndə beynəlxalq ictimaiyyət tez bir zamanda bütün resurslarından istifadə edərək, bunun qarşısını almalıdır.”

Səfir Karson Ruandada və digər bölgələrdə həyata keçirilən qətliamların və vəhşiliklərin president Obamanın “Vəhçiliklərin Qarşısının Alınması” şurasını yaratmağa məcbur etdiyini deyir.
Adotey Akvey isə deyir ki, törədilənlərin hesabının verilməsi vacibdir, lakin bütün bunların qarşısının alınması üçün cəld hərəkət etmək daha vacibdir. O, qətliamların qarşısının alınmasının ən yaxşı yolunun hamıya dünya ictimaiyyətinin gözlərinin onların üstündə olduğunu göstərmək olduğunu deyir.
XS
SM
MD
LG