Accessibility links

Rəy sorğuları amerikalıların 60%-nin prezident Barak Obamaya etimadını itirdiyini göstərir


Rəy sorğuları Obamanın 18 ay əvvəl dövlət başçısı vəzifəsinə keçməsindən bəri ona qarşı etimadın düşdüyünü göstərir

Son rəy sorğusuna görə, amerikalıların 60%-i ABŞ prezidenti Barak Obamaya etimadını itirib. Washington Post və ABC News-un keçirdiyi sorğular Obamanın 18 ay əvvəl dövlət başçısı vəzifəsinə keçməsindən bəri ona qarşı etimadın ən aşağı səviyyədə olduğunu göstərib. Üçdə iki hissəsi demokrat olan respondentlərin 43%-i Barak Obamanın iqtisadi böhranla mübarizəsini yüksək qiymətləndirib. Prezidentin qiymətləndirilməsi onun xaricdə müharibə apardığı, işsizlik səviyyəsinin artdığı, ev bazarları və səhm birjalarının dəyərinin itidiyi, Meksika körfəzində neft axını böhranı vaxtına təsadüf edir.

XS
SM
MD
LG