Accessibility links

Rəy sorğusu: Amerikalılar Konqresdən narazıdır

  • Amerikanın səsi

Rəy sorğusu: Amerikalılar Konqresdən narazıdır

Rəy sorğusu: Amerikalılar Konqresdən narazıdır

Amerikalılar ölkəni defoltun bir addımlığına gətirmiş qanunvericilərdən təngə gəliblər.

New York Times/CBS News-un keçirdiyi rəy sorğusuna əsasən amerikalıların 82 faizi Konqresin işindən narazıdır. Times bildirir ki, bu, 30 il öncə sorğu keçirilməyə başlanandan bəri ən yüksək narazılıq həddidir.

Sorğuda iştirak edən hər beş adamdan biri hesab edir ki, milli borc limiti üzərində debatda tərəflər ölkənin maraqlarından çox siyasi düşərgənin maraqlarını güdüblər. Rəyi soruşulanların 75 faizi düşünür ki, siyasi çəkişmələr Amerikanın dünyada reputasiyasına zərbə vurub.

XS
SM
MD
LG