Accessibility links

Rza Haqqı: Yeməyin keyfiyyətinə etiraz edəndə də, ittiham pantürkizm olur [Audio-Müsahibə]


“Baxmırlar ki, siyasi etirazdır, yemək məsələsi, ya universitet problemləri ilə bağlıdır. Bir baxış var ki, Azərbaycanda etiraz edən tələbələrə qarşı irəli sürülən birinci ittiham pantürkist ittihamıdır,” deyə Urmiyədən Amerikanın Səsinə danışan tələbə fəal bildirir. Rza Haqqi müsahibədə İranın Azərbaycan vilayətlərində tələbələrin digər bölgələrlə müqayisədə daha artıq basqıya məruz qaldıqlarını deyir.

Yeməkləri hazırlayan şirkət universitet təsis edildikdən bəri bu işi görür. Etirazlara da baxmırlar.

Rza Haqqi ötən günlərdə Urmiyə Texniki Universitetində yeməyin keyfiyyətinin aşağı olmasına etiraz olaraq təşkil olunan tələbə aksiyası haqda danışaraq bu kimi aksiyaların keçmişdə də keçirildiyini bildirir. O, etirazların yemək mövzusu ilə məhdudlaşmadığını, müxtəlif problemlərlə bağlı həmin universitetdə tələbə etirazlarının keçirildiyini deyir.

“Yeməkləri hazırlayan şirkət universitet təsis edildikdən bəri bu işi görür. Etirazlara da baxmırlar. Etirazlardan sonra hər hansı dəyişiklik olmayıb, olubsa da keyfiyyətin daha da aşağıya düşməsi şəklində olub. İstifadə etdikləri maddələr aşağı keyfiyyətlidir. Sağlıq qaydalarına riayət olunmur... Bu dönəm yeməklər üzündən 30-dan artıq öyrənci zəhərlənərək xəstəxanaya aparılıb,” deyə Haqqi tələbələrin aksiya keçirməsinə səbəb olan duruma anladır.

İran hakimiyyətinin ümumi siyasətində, insanlar istəklərini ortaya qoyanda ağır basqılarla üzləşir, zindan və ağır hökmlərlə qarşılaşırlar. Bu siyasət Azərbaycanda iki qat artır. Fərqli ittihamlar vurulur: separatist və pantürkist kimi. Universitetdə də eyni siyasətdir.

Urmiyə Texniki Universitetinin tələbəsi etirazlar mövzusunda ölkədəki ümumi durumla universitetlərin durumunun eyni olduğunu önə çəkir:

“İran hakimiyyətinin ümumi siyasətində, insanlar istəklərini ortaya qoyanda ağır basqılarla üzləşir, zindan və ağır hökmlərlə qarşılaşırlar. Bu siyasət Azərbaycanda iki qat artır. Fərqli ittihamlar vurulur: separatist və pantürkist kimi. Universitetdə də eyni siyasətdir.”

Onun sözlərinə görə rəhbərlik tələbələrin fundamental hüquqlarına etinasız yanaşır. "Tələbəyə maddi bir vasitə kimi baxırlar. Həm etirazdan öncə qatılmaq istəyənləri, həm də etirazdan sonra qatılanları təhsildən məhrum etmək ya uzaqlaşdırmaqla təhdid edirlər. Universitetin təhlükəsizlik qurumu ailələrlə təmas quraraq da təhdid edir,” o bildirir.

Rza Haqqi yemək və bu kimi problemlərin çözülməməsinin bir səbəbinin də düzgün tələbə qurumlarının mövcud olmaması ilə əlaqədar olduğunu qeyd edir.

Urmiyə Texniki Universiteti - Tələbələr aşağı keyfiyyətli yeməkləri yeməkdən imtina edir

Urmiyə Texniki Universiteti - Tələbələr aşağı keyfiyyətli yeməkləri yeməkdən imtina edir

“Mədəni fəaliyyətlərə fəza açıq deyil... Dərgi ya ana dili ilə bağlı fəaliyyət edənlərə separatist ittihamı vururlar... Aydın adlı tələbə dərgisini sadəcə Türk sözünü yazdığı üçün qapatdılar... Öyrənci Gününə dair bir şənlik mərasiminə qatılan neçə nəfəri intizam komitəsinə çağırmışdılar. Onlara qarşı irəli sürülən birinci ittiham pantürkizm ittihamı oldu. Çağrılanların biri türk belə deyildi, başqa etnik qrupdan idi. Ona da Pantürkizm ittihamı vurmuşdular,” deyə o tətbiq olunan basqılardan bəzi nümunələrə diqqət çəkir.

XS
SM
MD
LG