Accessibility links

Elm

Süni mikro-orqanlar üzərində elmi təcrübələr [Video]


Yeni dərmanları laboratoryalarda siçan,və siçovul kimi heyvanların üzərində sınaqdan keçirmək ideal deyil, çünki dərmanların çoxu daha sonra insanlara tətbiq olunduqda digər orqanlara mənfi təsir göstərdiyi üçün nəticə uğursuz olur.

Tennessi ştatının Naşvil şəhərində yerləşən Vanderbilt Universiteti tibb mərkəzinin tədqiqatçıları bəzi insan orqanlarının kiçik canlı nümunələrini inkişaf etdirirlər. Onlar bu orqanlar vasitəsilə yeni dərmanların və kimyəvi maddələrin effektivliyini araşdırır.

Bu kiçik bioreaktorun içində insanın ağ ciyərindən götürülmüş hüceyrələr, həmçinin mikro-orqanların sağlamlığına nəzarət edəcək sensorlar var.

Con Viksvo Vanderbilt Universitetinin Fizika və Biotibb elimləri üzrə professorudur.

"Əsas məsələ təcrübəni mühim sualları cavablandırmaq üçün lazımi səviyyədə sadələşdirməkdir," deyə o bildirir.

Əsas hədəf qara ciyər, ürək, ağ ciyər və böyrək kimi bir neçə mikro-orqanlar arasında əlaqə yaratmaq, dərmanın bu orqanlardan birinə necə təsir etdiyini görməkdir.

Viksvo deyir ki, digər hədəf araşdırmaçılar üçün əlverişli və əlçatan bir şey dizayn etməkdir.

Con Viksvo: Bunun dəyərini ucuz tutmalısan ki, kimsə bundan yüzlərlə və ya minlərlə öz laboratoryalarında istifadə etsin.

Tədqiqatçı Con Maklin deyir ki, bu metod bir gün şəxsi dərmanların düzəldilməsinin təməlində istifadə oluna bilər. Məsələn spesifik xərçəng şişinin kimyəvi xassəsini nəzərə almaqla.

Con Maklin: Beləliklə sən bədxassəli şişdə müəyyən hüceyrələrin kimyəvi terapiyyanın digər hissələrinə necə reaksiya verdiyini görə bilərsən. Belə halda sən xəstəni çağırırsan və ona məsələn “yeddi nömrəli dərmandan istifadə et” deyirsən.

Alimlər iki il ərzində yeni dərmanları sınaqdan keçirmək üçün əlaqələndirilmiş mikro-orqanların hazır olacağına ümid edirlər.
XS
SM
MD
LG