Accessibility links

Ermənilər Tovuz rayonunun Əlibəyli kəndini yenə atəşə tutublar. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gecə erməni silahlı qüvvələri kəndi yenidən atəşə tutublar.
Məlumata görə, erməni postlarına yaxın ərazidə traktorlarla ot biçən Gədəbəy rayon sakinləri Rahim Həsənov və Xəqani Cəfərovun qarşı tərəfin gülləsinə tuş gəlib. Onlara heç bir xəsarət almasa da texnika zədələnib. Təxminən 2 saat davam edən atışma zamanı biçilən otun yığılmasında çətinliklər yaranıb. V. Rzayevin bildirdiyinə görə, bu gün hələ ki, sakitlikdir.

Bu arada bu gün Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.


Tərtər MRX-ya çatıdırılan yaralı əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

XS
SM
MD
LG