Accessibility links

Beynəlxalq elçi Kofi Annan deyir ki, qoyulan müddətin sonuna 24 saat qalmış Suriya hökuməti onu üsyançılarla atəşkəsə hörmət ediləcəyinə əmin edib.

Cənab Annanın sözlərinə görə, o, bütün tərəflərin atəşkəsə əməl edəcəyi barədə təminat almağa çalışıb.

BMT-nin keçmiş baş katibi bu gün Tehranda xarici işlər naziri Əli Əkbər Salehi ilə danışıqlardan sonra jurnalistlərə açıqlama verib. İranda o, Suriyada zorakılıqlara son qoyulmasını Dəməşqin strateji müttəfiqi ilə müzakirə edib. Cənab Annan deyib ki, Salehi onun altımərhələli planını dəstəkləyib və razılaşıb ki, coğrafi məkan səbəbilə Suriyada hər hansı yanlış addım ağlagəlməz nəticələr verə bilər.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG