Accessibility links

"Uoll Striti zəbt et" hərəkatının əsas səbəbləri


"Uoll Striti zəbt et" hərəkatının əsas səbəbləri
"Uoll Striti zəbt et" hərəkatının əsas səbəbləri

Zənginlərlə yoxsullar arasında artmaqda olan fərq "Uoll Striti zəbt et" hərəkatının əsas səbəblərindən biridir. Amerikanın Nyu-York və digər şəhərlərini bürüyən bu hərəkat dünya ölkələrində də vüsət almaqdadır.

Araşdırmalar həqiqətən də gəlirlərin ciddi şəkildə fərqləndiyini sübut edir. Lakin əsas fərq "Nə etməli?" dədir.

İqtisadi bərabərsizlik və işsizliyə etiraz olaraq son aylar nümayişlər ara vermir. Aksiya iştirakçıları tənəzzüllə üzləşən bankların vertgi ödəyənlər sayəsində xilas edildiyindən, insanların ipotekalarını ödəyə bilmədiyi üçün evlərini satmağa məcbur olduqlarından şikayətlənir.

"İşğalçılar" Uoll Strit və bankları maliyə böhranında ittiham edərək, əhalinin 1 faizini təşkil edən zəngin təbəqəyə 99 faiz yoxsul sayəsində üstünlük verildiyini deyir. Zənginlər siyasətçiləri satın alır, zənginlərin vergilərinin artırılmasına mane olur, yoxsulların sosial təminat proqramlarını ixtisar edir.

"Uoll Striti zəbt et" hərəkatının nümayəndələri varılıların daha artıq vergi ödəməsi və biznes qaydalarının tənzimlənməsi ilə yoxsulluqla zənginlik arasındakı uçurumun yox edilə biləcəyini deyir.

Lakin Sahibkarlıq İnstitutundan Piter Uolisonun fikrincə, problem tam əks yolla həll edilə bilər. O, vergilərin ixtisarı və bizneslərə müdaxilə edilməməsinin probleminin çarəsi olduğunu deyir. Piter Uolison hesab edir ki, insanlara dövlətlənmək imkanı veriməklə fərqlər silinə bilər. "Apple şirkətinin təsisçisi Stiv Cobs kimi insanların əksəriyyəti yoxsulluqdan çıxıb. O, bizim hərəkətli cəmiyyətdə zəngin insan ola bilib."


Siyasi Araşdırmalar İnsitutunun əməkdaşı Con Kavanax isə tam əksini düşünür. Onun fikrincə, yüksək işsizlik şəraitində "yoxsulluqdan sərvətə" əsatirinə inanmaq mümkün deyil. "Uoll Striti zəbt et hərəkatı bunun qeyri-mümkünlüyü üzundən məşhurlaşıb. "

Konqresin Büdcə Komitəsinin hesabatına görə, 1 faiz təşkil edən zənginlərin gəliri son 30 ildə 275 , 1 faiz yoxsulun gəliri isı cəmi 18 faiz artıb.
Amerikada 10 faiz zənginlə, 10 faiz yoxsul arasındakı fərq 14 dəfədən artıqdır.

"Uoll Striti zəbt et" hərəkatının nümayəndələri işsizlik problemi həll edilməyincə, nümayişlərin davam etdiriləcəyini bildirir.

XS
SM
MD
LG